Prayk

Aparıcı mühasib

1 300 ₼
Текшерилди1 апта мурун
Категория
Каржы
Күнү
Көрүүлөр
5
Номери
№3621525

Сүрөттөмө

Əsas vəzifə öhdəlikləri: Mühasibat uçotu üzrə gündəlik əməliyyatların aparılması; ƏDV, ÖMV, DSMF və digər hesabatların hazırlanması və təqdim edilməsi; Vergi və mühasibat əməliyyatlarının 1C sistemində işlənməsi; Kreditor və debitor borclarının uçotu və analizi; Tədarükçülərlə hesablaşmaların aparılması və sənədləşməyə nəzarət; Maliyyə-təsərrüfat əməliyyatlarının uçotu və hesabatların hazırlanması; Vergi orqanları ilə yazışmaların və sorğuların cavablandırılması; Kassa və POS-terminal əməliyyatlarının uçotu və nəzarəti. Namizədə dair tələblər: Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr); Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi; 1C 8.3 və MS Excel proqramlarında yaxşı səviyyədə işləmək bacarığı; Vergi və mühasibat uçotu üzrə qanunvericilik bilikləri; ƏDV və digər rəsmi hesabatların hazırlanması üzrə təcrübə; E-taxes və digər elektron portallarla işləmək bacarığı; Analitik düşüncə, dəqiqlik və məsuliyyətlilik; Retail sektorunda iş təcrübəsi arzuolunandır; F3, F7 və ACCA sertifikatlarının olması üstünlükdür. Əməkhaqqı: 1300–1500 AZN (net) İş şəraiti: Həftə içi 5 gün, 09:00–18:00; İş yeri: Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi; Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur. Maraqlanan namizədlər CV-lərini mövzu yerinə “Aparıcı mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 1300 AZN Son müraciət tarixi: 02.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/a-plus-supermarketler-sebekesi-aparici-muhasib-152814
РЕКЛАМА