Prayk

Aparıcı Mühasib

1 000 ₼
ТекшерилдиБүгүн
Шаар
Bakı
Категория
Каржы
Күнү
Көрүүлөр
2
Номери
№6245815

Сүрөттөмө

Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil; Vergi uçotu və hesabatları sahəsində minimum 5 il praktiki təcrübə; Azərbaycan Respublikasının Vergi Məcəlləsini dərindən bilmək; ƏDV və mənfəət vergisi bəyannamələri ilə sərbəst işləmək; Vergi yoxlamaları və uyğunsuzluq məktubları ilə iş təcrübəsi; 1C, Excel və elektron vergi kabinetində sərbəst işləmək; Əvvəlki dövrlər üzrə vergi uçotunun bərpası və düzəlişlərin aparılması təcrübəsi. Müəssisənin mühasibat uçotunu müstəqil idarə etmək bacarığı; Məsuliyyətlilik, dəqiqlik və analitik düşünmə qabiliyyəti. Şirkətin mühasibat və vergi uçotunun tam və müstəqil şəkildə aparılması; Vergi bəyannamələrinin, DSMF, statistika və digər müvafiq hesabatların hazırlanması və vaxtında təqdim edilməsi; Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və daxil olan qaimələrin uçotunun aparılması; Bank əməliyyatlarının həyata keçirilməsi və ödəniş tapşırıqlarının hazırlanması; Debitor və kreditor borclarına nəzarət edilməsi; Əməkhaqqı, məzuniyyət və son haqq-hesabların hesablanması; Müqavilələrin, hesab-fakturaların və digər ilkin maliyyə sənədlərinin uçotunun aparılması; Vergi orqanlarından daxil olan məktubların, sorğuların və kameral uyğunsuzluqların araşdırılması və cavablandırılması; Mühasibat sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi; Rəhbərliyə müvafiq maliyyə məlumatlarının və hesabatların təqdim edilməsi. Əmək haqqı: 800-1000 AZN
РЕКЛАМА