Prayk

Avtomobil yuyucusu

1 000 ₼
Текшерилди1 ай мурун
Шаар
Bakı
Категория
Башка
Күнү
Көрүүлөр
5
Номери
№2139268

Сүрөттөмө

Efendiler Group 1997-ci ildən fəaliyyət göstərən şirkətlər qrupudur. Qrupa avtomobil və tikinti sahələrində çalışan tanınmış şirkətlər daxildir. Avtomobil sahəsində qrup Porsche, Audi, Geely,Chery, Zeekr və Li Auto kimi avtoistehsalçıların distribütor şirkətləri və Efendiler Group servis mərkəzi, tikinti sektorunda Bakıxanov Rezidens Komplekslər Qrupu ilə təmsil olunub. İş qrafiki: həftədə 6 gün, şənbə günü qısa iş rejimi; Əməkhaqqı: təmiz 1000 ₼; İş yeri: Nizami rayonu, Babək prospekti 35A; Rəsmiləşdirmə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq. Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Avtomobil yuyucusu” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Tələblər: Məsuliyyətli, çevik və səliqəli olmaq; İşə ciddi və məsuliyyətlə yanaşmaq; Komandada işləmə bacarığı; Avtoyuma sahəsində iş təcrübəsi arzuolunandır; Avtomobil idarə etmək bacarığı (sürücülük vəsiqəsi olmalı); Kimyəvi maddələrin saxlanması, daşınması və yığışdırılması, tövsiyə olunan yuyucu vasitələri, onların istismarı və qurutma prosedurları kimi bilgilərə malik olmaq. Vəzifə öhdəlikləri: Avtomobillərin xarici hissəsinin keyfiyyətli yuyulması və qurulanması; Avtomobil salonunun təmizlənməsi; Şüşələrin və digər hissələrin təmiz saxlanılması; Avtoyuma avadanlıqlarından düzgün istifadə edilməsi; İş yerində təmizliyə və səliqəyə riayət edilməsi. Maaş: 1000 AZN Yaş: 25-45 Təhsil: Orta İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Жарнактын булагы

Түп нуска жарнакты ачуу

© Əfəndilər MTK boss.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.

Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.

РЕКЛАМА