
Bakı5
Baş Aşpaz (Head Chef)

Келишим боюнча
Baş Aşpaz (Head Chef)
Текшерилди3 апта мурун
ШаарBakı
Күнү
Көрүүлөр5
Номери№2620447
Сүрөттөмө
İş haqqında məlumat:
Makfit Fitness Club mətbəx fəaliyyətini idarə edəcək, yüksək keyfiyyət standartlarını təmin edəcək və qida konseptimizin inkişafında aktiv rol alacaq təcrübəli və yaradıcı Baş Aşpaz axtarır.Əsas vəzifələr:Mətbəxin gündəlik fəaliyyətinin tam idarə olunması və iş prosesinin düzgün təşkili;Sağlam, balanslaşdırılmış və proteinlə zəngin seçimlər daxil olmaqla menyunun hazırlanması və inkişaf etdirilməsi;Yeni yeməklərin, reseptlərin və mövsümi menyuların hazırlanması;Yeməklərin dad, keyfiyyət, porsiya və təqdimat standartlarına nəzarət;Mətbəx komandasının idarə olunması, təlimi və iş bölgüsünün təşkili;Məhsulların maya dəyərinə (food cost), porsiyalara və qida itkisinin minimuma endirilməsinə nəzarət;Anbar qalığı, məhsul istifadəsi və sifariş prosesinin idarə olunması;Təchizatçılarla iş və alınan məhsulların keyfiyyətinə nəzarət;Məhsulların düzgün saxlanılması, təzəliyi və istifadə müddətlərinə nəzarət;Qida təhlükəsizliyi, gigiyena və sanitariya standartlarının təmin edilməsi;Kafe və digər aidiyyəti komandalarla koordinasiyalı fəaliyyət.
Tələblər:
Baş aşpaz, Executive Chef və ya oxşar rəhbər vəzifədə iş təcrübəsi;Mətbəx və komanda idarəetməsi üzrə güclü bacarıqlar;Menyu və reseptlərin hazırlanması üzrə təcrübə;Food cost, stok və qida itkisinə nəzarət sahəsində biliklər;Güclü liderlik və təşkilatçılıq bacarıqları;Qida təhlükəsizliyi və gigiyena standartları üzrə biliklər;Məsuliyyətli, yaradıcı və detallara diqqətli yanaşma;Sağlam və fitness yönümlü qidalanma sahəsində təcrübə üstünlükdür.Biz nə təklif edirik:Rəqabətədavamlı əməkhaqqı;Müasir və peşəkar iş mühiti;Makfit-in qida konseptinin formalaşdırılmasında və inkişafında aktiv iştirak imkanı;Peşəkar inkişaf və karyera imkanları;Ödənişsiz klub üzvlüyü.Kulinariya sahəsində yüksək standartlara önəm verir, güclü komanda idarəetmə bacarıqlarına sahibsinizsə və yeni qida konseptinin inkişafında rol almaq istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
📩 CV və portfolionu [email protected] ünvanına göndərin
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 17/10/2026
РЕКЛАМА














