Prayk
Baş Menecer (General Manager) — Restoranlar, Turizm
Келишим боюнча

Baş Menecer (General Manager)

ТекшерилдиКечээ
Күнү
Көрүүлөр
21
Номери
№6195028

Сүрөттөмө

Villa Bilgah boutique Hotel-in yüksək xidmət standartlarını qorumaq, komandaya liderlik etmək və maliyyə göstəricilərini maksimallaşdırmaq məqsədilə təcrübəli və strateji düşüncəli Baş Menecer (General Manager) axtarışındadır. Bu vəzifəni icra edən şəxs otelin gündəlik əməliyyatlarına, qonaq məmnuniyyətinə, büdcə idarəçiliyinə və brendin bazarda mövqeləndirilməsinə tam cavabdeh olacaqdır. Əsas vəzifə öhdəlikləri: Otelin illik büdcəsini, biznes planını və gəlir strategiyasını hazırlamaq, icrasına nəzarət etmək; Bütün şöbələrin (Front Office, Housekeeping, F&B, Satış və Marketinq, Texniki xidmət, Maliyyə və HR) işini əlaqələndirmək və fasiləsiz, yüksək keyfiyyətli fəaliyyətini təmin etmək; Beynəlxalq qonaqpərvərlik standartlarının tətbiqinə nəzarət etmək, qonaq rəylərini (Booking, TripAdvisor və s.) mütəmadi təhlil etmək və xidmət keyfiyyətini davamlı təkmilləşdirmək; Turizm agentlikləri, korporativ müştərilər və tərəfdaşlarla uzunmüddətli əlaqələr qurmaq, otelin yerli və beynəlxalq bazarda tanıdılmasına rəhbərlik etmək; Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sanitar-gigiyena normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə tam riayət olunmasını təmin etmək. Namizədə dair tələblər: Təhsil: Turizm və otelçilik, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil; İş təcrübəsi: Otelçilik sahəsində minimum 3 il iş təcrübəsi, bunun ən azı 1 ili Baş Menecer (GM) və ya Əməliyyatlar üzrə Direktor (Director of Operations) vəzifəsində; Dil bilikləri: Azərbaycan, Rus dilləri səlis, İngilis dili arzuolunandır; Şəxsi keyfiyyətlər: Güclü liderlik və böhran idarəetmə bacarığı, strateji düşüncə, yüksək ünsiyyət və danışıqlar aparma qabiliyyəti, nəticəyönümlülük. Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "General Manager" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 20.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/villa-bilgah-bas-menecer-general-manager-156675
РЕКЛАМА