Vəzifə öhdəlikləri:
Yeni B2B müştərilərin cəlb edilməsi və biznes əlaqələrinin qurulması;
Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi;
Quru, dəniz, hava və dəmir yolu daşımaları üzrə xidmətlərin satışı;
Müştəri ehtiyaclarının təhlili və uyğun logistika həllərinin təklif edilməsi;
Kommersiya təkliflərinin hazırlanması və danışıqların aparılması;
Satış prosesinin ilkin əlaqədən müqavilənin imzalanmasınadək idarə olunması;
Müştəri portfelinin genişləndirilməsi və əlavə satış imkanlarının yaradılması;
Bazar və rəqib analizlərinin aparılması;
Satış planlarının və KPI göstəricilərinin yerinə yetirilməsi.
Tələblər:
Logistika və ya B2B satış sahəsində minimum 2 il iş təcrübəsi;
Yükdaşıma prosesi, Incoterms və əsas logistika terminləri üzrə bilik arzu olunandır;
Yüksək səviyyədə satış və ünsiyyət bacarıqları;
MS Office və CRM proqramlarında işləmək bacarığı;
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət, ingilis dili biliyi üstünlükdür.
İş şəraiti:
İş qrafiki: 09:00-18:00;
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaqdır;
Ünvan: Yeni Həyat Plaza., Zərifə Əliyeva 55.
Uyğun namizədlərdən CV-lərini “Beynəlxalq logistika üzrə satış meneceri” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208431/beynelxalq-logistika-uzre-satis-meneceri
РЕКЛАМА
Биз cookie файлдарын колдонобуз Аналитика — сиздин макулдугуңуз менен гана; зарыл cookie'лер дайыма күйүк.Купуялык саясаты