
Bakı4
Çilingər-Mexanik
Çilingər-Mexanik
Келишим боюнча
Текшерилди6 күн мурун
ШаарBakı
Күнү
Көрүүлөр4
Номери№4024557
Сүрөттөмө
Funksiya: Çilingər-Mexanik — mexaniki avadanlıqların texniki baxışını, təmirini və sazlanmasını həyata keçirərək onların fasiləsiz və təhlükəsiz işləməsini təmin edir.
İş yeri: Bakı şəhəri
İş qrafiki:
08:00-16:00
08:00-16:00
08:00-16:00
08:00-16:00
08:00-16:00
08:00-13:00
1 gün istirahət günü
Ümumi məlumat:
Çilingər-Mexanik — istehsalat avadanlıqlarının texniki vəziyyətinə nəzarət edir, təmir və sazlama işlərini həyata keçirir, avadanlıqların təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin edir.
Vəzifə funksiyaları:
Əsas və yardımçı avadanlıqların, yükqaldıran maşın və mexanizimlərin mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini sökmək, təmir etmək və yığmaq
Sadə mexanikləşdirmənin köməyi ilə hissələrin və birləşmələrin yerini dəyişdirdikdə, onları yığdıqda və sökdükdə takelaj işlərini yerinə yetirmək
Yükqaldıran mexanizmlərin və ləvazimatların köməyi ilə hissələrin və birləşmələrin şaquli və üfüqi səth üzrə yerlərinin dəyişdirilməsində takelaj işlərini yerinə yetirmək
Takelaj avadanlıqları və ləvazimatları sınaqdan keçirmək
Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək.
Avadanlıqların təmir olunmuş qovşağının və mexanizminin sınaqdan keçirməyə, təzyiq altında yoxlamağa və yük altında istismara verilməsi ilə sazlanmaya hazırlamaq və yoxlamaq
Quraşdırılan sistem elementlərini yerində uyğunlaşdırmaq
Qol boru və keçidləri yerində hazırlamaq
Şablon üzrə detalları nişanlamaq, oyuqları deşmək, yivli və flanslı birləşmələri yığmaq .
Mexanizm düyünlərini və polad sürüşən qəlib elementlərini quraşdırmaq və sökmək
Metalkonstruksiyanı düzəltmək, bitişmə yerlərini quraşdırıcı boltlarla bərkitmək
Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək.
Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatlardan səmərəli şəkildə istifadə etmək Əsas iş münasibətləri: Qrupa daxil olan bütün şirkətlər və struktur bölmələri.
Vəzifə tələbləri:
Tələb olunan sahədə minimum 1 il təcrübə
Daxili nizam-intizam qaydalarına əməl etmək
Fiziki cəhətdən sağlam olmaq
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
Nəqliyyat xidməti;
Nahar ödənişi.
Müraciət etmək istəyən namizədlər CV mövzu bölməsində “Çilingər-Mexanik ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya Veysəloğlu Karyera portalı vasitəsilə göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/197065/cilinger-mexanik
РЕКЛАМА












