
Bakı7
Data Analitik / Aparıcı Data Analitik

Келишим боюнча
Data Analitik / Aparıcı Data Analitik
ТекшерилдиКечээ
ШаарBakı
Күнү
Көрүүлөр7
Номери№5205591
Сүрөттөмө
Biznes məlumatlarının təhlili, hesabatlılığın avtomatlaşdırılması və analitik həllərin hazırlanması üzrə təcrübəli namizədləri komandamıza dəvət edirik. Bu vəzifədə siz müştəri və biznes göstəricilərinin təhlili, interaktiv dəşbordların hazırlanması və biznes bölmələri üçün analitik həllərin təqdim edilməsində aktiv rol alacaqsınız.
Vəzifə öhdəlikləri:
Biznes (Mikro/KOB/Korporativ) müştərilərin tranzaksiya tarixçəsi, POS dövriyyəsi, əməkhaqqı layihələri və kredit portfeli məlumatlarına əsasən təhlil edilməsi və biznes üçün tövsiyyələr verilməsiDWH-dan datanın çıxarılması, təmizlənməsi və biznes bölmələri üçün avtomatlaşdırılmış, interaktiv dəşbordların hazırlanması.Məhsul sahibləri (Product Owners) və satış komandaları ilə sıx işləyərək biznes tələblərini texniki tapşırıqlara çevirmək və data əsaslı qərarların verilməsinə dəstək olmaq.DWH-dan məlumatların çıxarılması və onun əsasında birdəfəlik Ad-hoc və daimi hesabatların hazırlanması.Görülən data əsaslı işlərin sənədləşdirilməsi.
Tələblər:
Data Analitikası, CVM, BI və ya CRM analitikası sahəsində minimum 1-2 il iş təcrübəsiOracle SQL, PL/SQL üzrə biliklər və mürəkkəb sorğular (complex queries) yazma bacarığı.Superset və ya Tibco spotfire kimi BI alətlərindən sərbəst istifadə edərək kompleks dəşbordların yığılması.Mürəkkəb datadan biznes mənasını çıxarma və qərar qəbuletməni dəstəkləyən "insight"-lar yaratma bacarığı.Stakeholder-lara və biznes komandalarına datanı sadə və anlaşılan şəkildə izah edə bilmə.Detallara diqqət, komandada işləmə və problem həlletmə bacarığı.
Biz nə təklif edirik?Peşəkar və dinamik bank mühitində karyera inkişafı imkanı;Komanda daxilində bilik mübadiləsi və davamlı peşəkar inkişafın dəstəklənməsi;Güclü komanda ruhu və müasir korporativ iş mühiti.
Vakansiya növü: Tam ştat
Şirkət: Unibank Kommersiya Bankı
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/unibank/unibank-data-analitik-aparici-data-analitik-57585872/apply
РЕКЛАМА














