Prayk
Data idarəçiliyi şöbəsinin müdiri — İT, telekommunikasiya, Bakı
Келишим боюнча

Data idarəçiliyi şöbəsinin müdiri

ТекшерилдиКечээ
Шаар
Bakı
Күнү
Көрүүлөр
19
Номери
№5189916

Сүрөттөмө

IRIA daxilində və Milli Məlumat Hövzəsi (MMH) ekosistemində etibarlı, keyfiyyətli və məsuliyyətlə istifadə olunan data üçün idarəçilik modelini qurmaq və onun icrasına rəhbərlik etmək. Rol data strategiyasını konkret prioritetlərə, işlək nəzarətlərə və ölçülə bilən nəticələrə çevirir; analitika, rəqəmsal xidmətlər və AI həlləri üçün datanın istifadəyə hazırlığını təmin edir. Əsas vəzifə öhdəlikləri· Data idarəçiliyi strategiyasını, hədəf əməliyyat modelini və mərhələli yol xəritəsini hazırlamaq; onları IRIA-nın data, AI və rəqəmsal xidmət prioritetləri ilə uyğunlaşdırmaq.· Strategiyanı illik və rüblük icra planına çevirmək; nəticələri, məsul şəxsləri, asılılıqları, resurs ehtiyaclarını və qəbul meyarlarını müəyyən etmək.· Mövcud idarəçilik yetkinliyini qiymətləndirmək, risk və fayda əsasında prioritetləri seçmək; rəhbərliyə irəliləyiş, maneələr və qərar tələb edən məsələlər barədə hesabat vermək.· Mərkəzi standartlarla qurum və domen səviyyəsində məsuliyyəti birləşdirən federativ idarəçilik modelini qurmaq; data sahibi (Data Owner), steward və texniki custodian rollarını və RACI bölgüsünü müəyyən etmək.· Data idarəçiliyi komitəsinin və işçi qruplarının mandatını, qərarvermə, istisna və eskalasiya proseslərini hazırlamaq; qərarların icrasını izləmək.· MMH-nə qoşulan qurumlar üçün idarəçilik üzrə hazırlıq və qəbul meyarlarını müəyyən etmək; steward şəbəkəsinə metodoloji dəstək, təlim və koordinasiya təmin etmək.· Data keyfiyyəti, metadata, sahiblik, təsnifat, paylaşma, istifadəyə icazə və saxlanma üzrə siyasət, standart və prosedurları hazırlamaq, təsdiqə təqdim etmək və tətbiqini izləmək.· Datanın yaradılması, toplanması, istifadəsi, saxlanması, arxivləşdirilməsi və silinməsi üzrə qaydaları Hüquq və İnformasiya Təhlükəsizliyi ilə razılaşdırmaq; tətbiqə dair sübutların saxlanmasını təşkil etmək.· Qurumlararası paylaşma üçün məqsəd, hüquqi əsas, data sahibi təsdiqi, həssaslıq, istifadə məhdudiyyətləri və audit izlərini əhatə edən nəzərdən keçirmə mexanizmini qurmaq.· Kritik data aktivlərini və elementlərini müəyyən etmək; dəqiqlik, tamlıq, uyğunluq, unikallıq və aktuallıq üzrə ölçülə bilən keyfiyyət qaydalarını data sahibləri ilə razılaşdırmaq.· Profiling, keyfiyyət monitorinqi, problem reyestri, kök səbəb təhlili və düzəlişlərin mənbə sistemdə icrasının izlənməsi proseslərini qurmaq; kritik problemlərin həllini koordinasiya etmək.· Master və referans data üzrə etibarlı mənbələri, identifikatorları, uyğunlaşdırma və dəyişiklik qaydalarını razılaşdırmaq; vahid anlayışları və datanın təkrar istifadəsini təşviq etmək.· Data kataloqunun, biznes lüğətinin, metadata modelinin və datanın mənbədən istifadəyə qədər izlənməsinin (lineage) idarə edilməsinə rəhbərlik etmək.· Prioritet data məhsullarında sahiblik, tərif, mənbə, təsnifat, keyfiyyət, yenilənmə tezliyi və istifadəyə icazə şərtlərinin sənədləşdirilməsini və aktual saxlanmasını təmin etmək.· Azərbaycan dilində biznes anlayışlarının və idarəçilik artefaktlarının idarə edilməsini təmin etmək; metadata dəyişikliklərinin təsir təhlilini və versiyalaşdırılmasını təşkil etmək.· AI CoE ilə birlikdə təlim, qiymətləndirmə və RAG məlumatları üçün mənbə, istifadə hüququ, keyfiyyət, təmsilçilik, həssaslıq və versiyalaşdırma tələblərini müəyyən etmək.· AI həllərində istifadə edilən datasetlərin və bilik bazalarının sahibliyini, mənbəyə izlənməsini, yenilənməsini və istifadəyə uyğunluğunu idarə etmək; şəxsi və məxfi məlumatlarla bağlı data risklərini eskalasiya etmək.· AI governance çərçivəsinə data üzrə nəzarətlər təmin etmək; model riskləri və məhsul qərarları üzrə AI CoE, Hüquq və İnformasiya Təhlükəsizliyi ilə məsuliyyət bölgüsünü razılaşdırmaq.· Data savadlılığının qiymətləndirilməsi meyarlarını, rol əsaslı təlimləri və kommunikasiya planını hazırlamaq; data sahibi və stewardların gündəlik proseslərdə iştirakını artırmaq. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Rəhbər Şirkət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/idda/idda-data-idareciliyi-sobesinin-mudiri-86323507/apply
РЕКЛАМА