Prayk
Dələduzluq hallarının araşdırmaları üzrə mütəxəssis — Hüquq
Келишим боюнча

Dələduzluq hallarının araşdırmaları üzrə mütəxəssis

ТекшерилдиБүгүн
Категория
Укук таануу
Күнү
Көрүүлөр
2
Номери
№5935808

Сүрөттөмө

Təsvir Şirkətin biznes proseslərində daxili və xarici dələduzluq sahələrini müəyyən etmək üçün biznes proseslərin analitik təhlili; Mümkün daxili və xarici dələduzluq hallarını aşkarlamaq üçün davamlı yoxlamaların aparılması, dələduzluq indikatorlarının müəyyənləşdirilməsi və erkən xəbərdarlıq sistemlərinin qurulması; Dələduzluq riskləri üzrə nəzarət mexanizmlərinin dizayn və əməliyyat effektivliyinin nəzarətdə saxlanılması, qiymətləndirilməsi. Mexanizmlərin gücləndirilməsi üzrə  təkliflərin verilməsi; Şübhəli hallar üzrə dələduzluq araşdırmalarının aparılması (məlumatların toplanması, təhlili, intervyular, xronologiya və nəticə hesabatlarının hazırlanması və s); Bütün araşdırmalar üzrə məxfiliyin, sənədləşmənin və sübutların izlənilə bilməsinin təmin olunması; Dələduzluq ilə əlaqəli qanunvericilik tələblərinin izlənilməsi; Şirkət əməkdaşlarının dələduzluq riskləri və nəzarət metodları ilə bağlı maarifləndirilməsi; Bu sahədə normativ bazanın (metodologiya, prosess,prosedur və s) yaradılması və təkmilləşdirilməsi. Tələblər İş təcrübəsi: Dələduzluq araşdırması sahəsi üzrə minimum 1 il iş təcrübəsi tələb olunur; Təhsil: İdarəetmə, Maliyyə, İqtisadiyyat üzrə bakalavr dərəcəsi; Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – əla, Rus dili – orta; Üstünlüklər: Certified Fraud Examiner (CFE), Certified Financial Crime Specialist (CFCS), Certified Internal Auditor (CİA) sertifikatlarının/lisenziyalarının olması; Kompüter bilikləri: MS Office , MS SQL və ya Python Fərdi keyfiyyətlər: Analitik və tənqidi düşünmə, Nəticəyə əsaslanma; İnam yaratma; Effektiv kommunikasiya, Komanda işi; Keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə bacarıqları Hörmətli PAŞA Qrup əməkdaşı, Qrupdaxili vakansiyalara müraciət prosesi Mobility platforması üzərindən həyata keçirilir. Mobility platformasının çalışdığınız şirkətdə mövcud olmadığı və ya platformadan istifadə imkanının sizin üçün əlçatan olmadığı hallarda müraciətinizi [email protected] vasitəsilə təqdim edə bilərsiniz. İnanırıq ki, hər yeni imkan peşəkar inkişaf yolunda yeni bir addımdır. Vakansiya növü - Tam ştat İmtiyazlar Biz nə təklif edirik: Əməkdaş və ailə üzvləri üçün geniş tibbi sığorta paketləri, kritik xəstəliklərə qarşı Korporativ Həyat Sığortası, fərdi inkişaf planı üzrə təlim imkanları, ödənişsiz dayanacaq, “Dəyərlisən” platforması vasitəsilə xüsusi güzəşt və endirimlər, idman və sağlamlıq xidmətlərindən istifadə imkanları. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 13.12.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/pasha-life-deleduzluq-hallarinin-arasdirmalari-uzre-mutexessis-156111
РЕКЛАМА