Dizayn və təmir xidmətləri
- Divar kağızlarının peşəkar vurulması: naxışların tam uyğunlaşdırılması, künclər və pəncərə perimetrlərində səliqəli kəsim, pervaz və dekorativ panellərlə işləmə.
- Asma tavan və gipskarton işləri: çoxsəviyyəli fiqurlu tavanlar, gizli LED işıqlandırma zolaqları, spot və avize üçün hazırlıq, dekorativ niş və panellər.
- Elektrik işləri: işıqlandırma xətlərinin çəkilməsi, LED lentlərin montajı, avize və digər işıq cihazlarının quraşdırılması.
- Döşəmə işləri: laminat və digər örtüklərin ustalıqla yığılması, pervazların bərkidilməsi.
- Kafel-metlax və qranit: daxili və xarici məkanlarda pilləkan, eyvan və giriş meydançalarının döşənməsi, dekorativ haşiyə və profil tətbiqi, tikişlərin səliqəli doldurulması.
- Dekorativ divar kompozisiyaları: nişlər, çərçivələr və funksional bölmələr.
İşlər şəkillərdəki kimi ölçüyə uyğun hazırlanır, səthlərin əvvəlcədən hazırlanması və təmiz təhvil dəstəklənir. Material seçimi və dizayn həlli üzrə məsləhət verilir.
РЕКЛАМА
Биз cookie файлдарын колдонобуз Аналитика — сиздин макулдугуңуз менен гана; зарыл cookie'лер дайыма күйүк.Купуялык саясаты