Prayk

Estimating Engineer Vacancy

1 000 ₼
ТекшерилдиБүгүн
ШаарBakı
КатегорияБош орундар

№6352498·Көрүүлөр: 1

Сүрөттөмө

Vakansiya: Layihə Mühəndisi  Vəzifə öhdəlikləri -Layihə üzrə verilmiş memarlıq və konstruktiv sxemlər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasının hazırlanması;-Layihəyə əsasən iş həcmlərinin çıxarılması;-Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədlərin, təklif və razılaşma qiymətlərinin analiz edilməsi;-Layihə-smeta sənədlərinin vaxtında təhvil verilməsinin təmin edilməsi;-Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;-Smeta sənədlərinin uçotunun aparılması və smeta-maliyyə hesablamalarının sistemləşdirilməsi;-Tender sənədlərinin hazırlanması;-Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərinin yoxlanılması və bu barədə arayışın tərtib edilməsi;-Görülən işlərə dair günlük, aylıq, illik hesabatların hazırlanması. Namizədə aid tələblər:-Ali təhsil (müvafiq sahə (Mühəndis / memarlıq ixtisası) üzrə),-Planlama mühəndisi vəzifəsində inşaat sektorunda ən azı 3 il təcrübə,-Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlar haqqında biliklər,-Qüvvədə olan müvafiq smeta hesablama qaydaları, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsalları haqqında biliklər,-Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydaları haqqında biliklər;-Azərbaycan dili (əla)-Kompüter bilikləri: Archicad və AutoCAD üzrə biliklər. Bacarıqlar-Güclü analitik düşünmə bacarığı-Layihə-smeta sənədlərini, iş həcmləri və spesifikasiyaları analiz etmə bacarığı;-Layihələrin plan-smetaların və qrafiklərin düzgün tərtib edilməsini və onun əsasında bir neçə sayda tikinti layihələrinin fəaliyyətinə rəhbərliyi həyata keçirmək;-Layihədə olan uyğunsuzluqların müəyyən etmək və müvafiq həlli yollarının müəyyən edilməsi;-Smeta ilə layihə arasında olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmləri hesablayaraq tərtib etmək;-İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodu təşkil edilməsi;-Maddi məsul şəxs olaraq material, avadanlıq, invertar, maşın-mexanizmin qənaətli sərfiyatının təşkil edilməsi;-Layihəyə dair aylıq texniki hesabatların (Forma 2, Forma 3, Xərc analizi) yoxlanılması.-Yerinə yetirilən işlərin, sahəyə gətirilən material, avadanlıq, maşın-mexanizm, invertarlar və s; keyfiyyətini müəyyən etmək üçün Keyfiyyət Nəzarət işinin təşkil edilməsi;-Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək bacarığı;-Təhvil veriləcək tikinti obyektlərinin keyfiyyət səviyyəsini monitorinq etmək bacarığı; İş şəraiti:Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun müsahibə əsasında müəyyən ediləcəkdir.Nahar şirkət tərəfindən verilir İş qrafiki:Həftə içi 5 gün saat 09:00-18:00
РЕКЛАМА