Prayk

Əyləncə Meneceri (Entertainment Manager)

Келишим боюнча
ТекшерилдиБүгүн
Күнү
Көрүүлөр
7
Номери
№5201112

Сүрөттөмө

Məkan: Qusar rayonu (Dağlıq istirahət zonası) İş qrafiki: Tam iş günü (Növbəli / Müəssisədə yaşamaq şərti ilə) İş haqqında məlumat Dağlıq ərazidə yerləşən Deluxe Park Qusar otel və restoran kompleksi ailəmizə qonaqların (böyüklər və uşaqlar) istirahətini daha maraqlı, dinamik və unudulmaz edəcək, həm səhnə/aparıcılıq qabiliyyətinə, həm də texniki avadanlıqlarla işləmək bacarığına malik Əyləncə Meneceri dəvət olunur. Əsas Öhdəliklər Şou və Tədbir Təşkilatçılığı: Otel və restoran qonaqları üçün gündəlik, həftəlik və bayram günlərinə özəl əyləncə, animasiya və tematik şou-proqramların planlaşdırılması və idarə olunması. Aparıcılıq: Tədbirlərdə, canlı musiqi gecələrində və yarışlarda aparıcı kimi çıxış etmək, auditoriyanı idarə etmək və yüksək əhval-ruhiyyə yaratmaq. Qapalı Hovuz və Açıq Hava Oyunları: Qapalı hovuz zonasında təhlükəsizlik qaydalarına riayət etməklə su idman oyunlarının (Aqua Polo, Su Voleybolu, Aqua Aerobika, uşaq yarışları) təşkili. Dağlıq ərazinin imkanlarına uygun açıq və qapalı hava fəaliyyətlərinin, intellektual oyunların, quest-lərin və idman yarışlarının keçirilməsi. Səs və Texniki Avara Avadanlığı: Tədbirlər zamanı səs sistemlərinin (mikşer pultu, mikrafonlar, dinamiklər) idarə olunması, sazlanması və texniki sazlığına nəzarət. Əlaqələrin Koordinasiyası: Dəvət olunan musiqiçilər, artistlər, aparıcılar və animatolar ilə işin əlaqələndirilməsi. Namizədə Dair Tələblər Otel, restoran, şou-biznes və ya tədbir təşkilatçılığı (Event) sahəsində ən azı 1-2 il iş təcrübəsi. Səlis diksiya və aparıcılıq bacarığı: Səhnə sərbəstliyi, zəngin nitq və insanlarla asan ünsiyyət qurmaq qabiliyyəti. Səs sistemləri bilikləri: Səs aparatları, mikrafonlar və audio sistemlərlə sərbəst işləmək təcrübəsi. Dil bilikləri: Azərbaycan dili (əla); Rus və ya İngilis dili bilikləri arzuolunandır. Uşaqlarla və böyüklərlə eyni dərəcədə ünsiyyət qura bilmək, təşəbbüskarlıq və yüksək enerjiyə malik olmaq. Məkan şərti: Qusar rayonunda yaşamaq və ya otel tərəfindən təmin olunan yaşayış yerində qalmaqla çalışmaq imkanı. Şirkət Tərəfindən Təklif Olunur Əməkhaqqı: Müsahibə əsasında (Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq). Teminat: Şirkət hesabına otel ərazisində və günə 3 dəfə qidalanma. Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə. Dağ havasında, müasir otel-restoran kompleksində rahat və dinamik iş mühiti. Tələblərə cavab verən namizədlərdən CV-lərini (varsa aparıcılıq etdiyiniz tədbirlərdən video/foto portfolionu) mövzu hissəsində "Əyləncə Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 27.11.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/deluxe-park-qusar-eylence-meneceri-entertainment-manager-154866
РЕКЛАМА