Formen (Xankəndi şəhəri)
Formen (Xankəndi şəhəri)
Келишим боюнча
Текшерилди3 апта мурун
ШаарXankəndi
Күнү
Көрүүлөр7
Номери№3397862
Сүрөттөмө
İş şəraiti
İş yeri: Xankəndi şəhəri
İş rejimi: Tam iş günü
Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müəyyən edilir.
Vəzifə öhdəlikləri:
Layihə rəhbəri və Sahə rəisinin verdiyi tapşırıqları icra etmək;
Verilən tapşırıqları işçi briqadalarına çatdırmaq və işlərin icrasını təşkil etmək;
Tikinti işlərinin layihə və texniki tələblərə uyğun aparılmasına nəzarət etmək;
İşçilər arasında iş bölgüsü aparmaq və gündəlik iş prosesini təşkil etmək;
İşlərin müəyyən edilmiş qrafikə uyğun yerinə yetirilməsinə nəzarət etmək;
Görülən işlərin keyfiyyətinə nəzarət etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və SƏTƏMM tələblərinə əməl olunmasını təmin etmək;
Material və avadanlıqlardan düzgün istifadəyə nəzarət etmək;
İş prosesində yaranan problemlər barədə Sahə rəisi və Layihə rəhbərinə məlumat vermək;
Gündəlik görülən işlər barədə hesabat təqdim etmək.
Namizədə tələblər:
Tikinti sahəsində Formen və ya briqadir vəzifəsində 3-5 il iş təcrübəsi;
Tikinti işlərinin təşkili və işçi briqadalarının idarə edilməsi bacarığı;
Layihə və texniki sənədlərlə işləmək bacarığı;
İş intizamına və təhlükəsizlik qaydalarına ciddi riayət;
Məsuliyyətli, operativ və komandada işləmək bacarığı.
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Formen” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Müraciət: https://busy.az/vacancy/193768/formen-xankendi-seheri
РЕКЛАМА