Prayk

Gömrük İşləri üzrə Aparıcı Mütəxəssis

Келишим боюнча
ТекшерилдиБүгүн
Шаар
Bakı
Күнү
Көрүүлөр
4
Номери
№5849699

Сүрөттөмө

Əsas tələblər: Gömrük işi (mütəxəssis) sahəsində minimum 1-3 il iş təcrübəsi; Gömrük Bəyannaməçisi (mütəxəssis) ixtisas sertifikatının olması (mütləqdir); Azərbaycan Respublikasının gömrük qanunvericiliyi və gömrük prosedurları üzrə yaxşı biliklər; Elektron gömrük sistemləri ilə işləmək bacarığı; Məsuliyyətli, operativ və analitik düşüncə tərzinə malik olmaq. Vəzifə öhdəlikləri: Gömrük prosedurları üzrə bəyannamələrin tərtib olunması və rəsmiləşdirilməsi; Gömrük bəyannamələrinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması və təqdim edilməsi; Mənşə, uyğunluq və digər icazə sənədlərinin əldə olunması prosesinin idarə edilməsi; Dövlət qurumları ilə rəsmi yazışmaların və müraciətlərin hazırlanması; HS kodlarının düzgün müəyyənləşdirilməsi, gömrük prosedurları üzrə gömrük ödənişlərinin hesablanması və peşəkar dəstəyin göstərilməsi; Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra müvafiq sənədlərin hesab-fakturanın (invoice) hazırlanması və kəsilməsi üçün mühasibatlıq şöbəsinə təhvil verilməsi; İş şəraiti və saatları: Tam ştatlı iş qrafiki: Bazar ertəsi - Cümə, saat 09:00-dan 18:00-dək; Şənbə günü saat 10:00-dan 13:00-dək; Rəqabətədavamlı əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq); Peşəkar komanda ilə iş birliyi, maliyyə və karyera yüksəlişi üçün şərait (hər şey sizin performansınızdan asılıdır). Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və mövzu hissəsində "Gömrük İşləri üzrə Aparıcı Mütəxəssis" qeyd edə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/205096/gomruk-isleri-uzre-aparici-mutexessis
РЕКЛАМА