Prayk

Heyvanlara qulluq üzrə əməkdaş

500 ₼
Текшерилди2 апта мурун
Шаар
Bakı
Күнү
Көрүүлөр
5
Номери
№4068870

Сүрөттөмө

İş barədə məlumat Yepika Pets heyvanlara gündəlik qulluq, onların sağlamlıq vəziyyətinə nəzarət və təmiz saxlanma şəraitinin təmin edilməsi üçün məsuliyyətli, diqqətli və heyvanları sevən əməkdaş axtarır. İş şəraiti * İş yeri: Bakı * İş qrafiki: 5 günlük iş həftəsi * İstirahət günləri əvvəlcədən razılaşdırılır və əsasən həftənin ortasına düşür * Əməkhaqqı: Müsahibə zamanı razılaşdırılır * İşə başlamazdan əvvəl daxili qaydalar və heyvanlara qulluq protokolu üzrə təlim keçiriləcək Müraciət qaydası Uyğun namizədlərdən CV-lərini və ya özləri haqqında qısa məlumatı göndərmələri xahiş olunur. Tələblər: * Məsuliyyətli, diqqətli və səbirli olmaq * Heyvanlara qarşı mərhəmətli və qayğıkeş münasibət * Təmizliyə və gigiyenaya ciddi riayət etmək * Təlimatları dəqiq yerinə yetirmək * Diqqətli olmaq, müşahidə aparmaq və hər hansı dəyişiklik barədə vaxtında məlumat vermək * Fiziki cəhətdən aktiv iş rejiminə uyğun olmaq * Heyvanlara qulluq sahəsində təcrübə arzuolunandır, lakin mütləq deyil * Öyrənməyə və müəyyən edilmiş qaydalara uyğun işləməyə hazır olmaq Vəzifə öhdəlikləri: * Pişiklərə gündəlik qulluq etmək, yemək və su vermək * Yemləmə rejiminə və müəyyən edilmiş qida normalarına riayət etmək * Pişiklərin ümumi vəziyyətini, iştahasını, aktivliyini və davranışını müşahidə etmək * Xəstəlik əlamətlərini vaxtında aşkar etmək və dərhal rəhbərliyə məlumat vermək * Bədən temperaturunu ölçmək və nəticələri qeyd etmək * Qusma, ishal, iştahasızlıq, halsızlıq və digər narahatedici əlamətləri dərhal bildirmək * Zərurət olduqda xəstə və ya xəstəlik şübhəsi olan heyvanları ayırmaq və müəyyən edilmiş protokola uyğun hərəkət etmək * Heyvanların saxlanıldığı otaqları, qəfəsləri, yemək və su qablarını təmiz saxlamaq * Tualet qablarını vaxtında təmizləmək, qumu dəyişmək və sanitar-gigiyena qaydalarına riayət etmək * Dezinfeksiya işlərini müəyyən edilmiş qaydalara və təlimatlara uyğun aparmaq * Xəstəliklərin yayılmasının qarşısını almaq üçün gigiyena və izolyasiya qaydalarına ciddi əməl etmək * İstifadə olunan materialların və ləvazimatların vəziyyətinə nəzarət etmək * Gündəlik müşahidələri, görülən işləri və heyvanların sağlamlıq vəziyyəti ilə bağlı məlumatları qeyd etmək * Daxili qaydalara və heyvanlara qulluq protokoluna ciddi şəkildə əməl etmək Maaş: 500-700 AZN Yaş: 22-45 Təhsil: Orta İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Жарнактын булагы

Түп нуска жарнакты ачуу

© Yepika Pets boss.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.

Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.

РЕКЛАМА
WhatsApp