
Bakı15
Horeca satış meneceri

2 500 ₼
Horeca satış meneceri
ТекшерилдиКечээ
Сүрөттөмө
İş haqqında məlumat:
“CAMAL” LTD şirkəti HORECA satış istiqaməti üzrə Satış meneceri vəzifəsinə peşəkar və nəticəyönümlü namizəd axtarır.
Vəzifə öhdəlikləri
• HORECA satış istiqamətinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması;
• Satış komandasının fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü aparmaq və nəticələri nəzarətdə saxlamaq;
• Yeni HORECA müştərilərinin cəlb edilməsi və mövcud müştəri bazasının genişləndirilməsi;
• Restoran, kafe, otel və digər HORECA obyektləri ilə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
• Satış hədəflərinin müəyyənləşdirilməsi və icrasına nəzarət etmək;
• Satış planlarının hazırlanması və nəticələrin mütəmadi təhlili;
• Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun məhsul/təkliflərin təqdim olunmasını təmin etmək;
• Komanda üzvlərinin fəaliyyət göstəricilərini qiymətləndirmək və satış effektivliyinin artırılması istiqamətində tədbirlər görmək;
• Müştəri şikayət və müraciətlərinin operativ şəkildə araşdırılmasını və həllini təmin etmək;
• Satış hesabatlarının hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək;
• Debitor borcların və ödəniş intizamının nəzarətdə saxlanılmasında iştirak etmək;
• Şirkətin satış siyasətinə və daxili prosedurlarına riayət olunmasını təmin etmək.
Tələblər:
• Ali təhsil;
• HORECA, FMCG və ya satış sahəsində ən azı 3 il iş təcrübəsi;
• Satış komandasının idarə olunması üzrə təcrübə;
• HORECA bazarı və müştəri seqmentləri haqqında məlumatlılıq;
• Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
• Komanda idarəetməsi və liderlik bacarığı;
• Analitik düşüncə və hesabatlarla işləmə bacarığı;
• Satış hədəflərinə fokuslanmaq və nəticəyönümlü yanaşma;
• MS Office proqramlarında, xüsusilə 1 C proqramında işləmək bacarığı;
• Azərbaycan dilində və rus dilində səlis danışıq və yazı qabiliyyəti;
İş şəraitiİş qrafiki: 6 günlükƏmək haqqı: 2500İş yeri: İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Horeca satış meneceri” yazmaqla müraciət edilir.
Maaş: 2500 ₼
Son müraciət: 16/11/2026
РЕКЛАМА








