
4
HR üzrə mütəxəssis

1 500 ₼
HR üzrə mütəxəssis
ТекшерилдиКечээ
Күнү
Көрүүлөр4
Номери№4848225
Сүрөттөмө
Vəzifə öhdəlikləri:
İşçilərin aylıq əməkhaqqını, avanslarını, mükafatlarını və digər ödənişlərini hesablamaq;
Əməkhaqqı üzrə vergiləri, sosial sığorta və digər məcburi tutulmaları hesablamaq;
Məzuniyyət, xəstəlik, son haqq-hesab və kompensasiya hesablamalarını aparmaq;
Davamiyyət və iş vaxtı tabellərini yoxlamaq, artıq iş və növbəli iş üzrə hesablamaları aparmaq;
Əməkhaqqı cədvəllərini və bank ödəniş siyahılarını hazırlamaq, mühasibatlıqla uzlaşdırmaq;
İşə qəbul, vəzifə dəyişikliyi, məzuniyyət və işdən azad olunma üzrə sənədləri hazırlamaq;
Əmək müqavilələri və dəyişikliklərlə bağlı ƏMAS üzərindən əməliyyatları icra etmək;
İşçilərin şəxsi işlərini, məzuniyyət qalıqlarını və kadr uçotunu aparmaq;
Əməkhaqqı və işçi sayı üzrə rəhbərliyə hesabatlar təqdim etmək;
İşçilərin əməkhaqqı və kadr məsələləri üzrə müraciətlərini cavablandırmaq;
Əməkhaqqı və şəxsi məlumatların məxfiliyini qorumaq.
Namizədə tələblər:
Maliyyə, mühasibatlıq, iqtisadiyyat, insan resursları və ya əlaqəli sahə üzrə ali təhsil;
Payroll və kadr uçotu üzrə minimum 3 il iş təcrübəsi;
Əməkhaqqı hesablanmasını və kadr sənədləşməsini müstəqil aparmaq bacarığı;
Azərbaycan Respublikasının əmək qanunvericiliyi və əməkhaqqına aid vergi, sığorta qaydaları üzrə biliklər;
ƏMAS və elektron hesabat sistemləri ilə işləmək bacarığı;
Excel üzrə yaxşı biliklər;
Mikro və ya digər əməkhaqqı/kadr proqramı ilə iş təcrübəsi;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
Dəqiqlik, məsuliyyət, nəticə yönümlülük.
Üstünlük veriləcək:
İstehsalat müəssisəsində və çoxsaylı işçi heyəti ilə iş təcrübəsi;
Növbəli iş rejimi və saatlıq əməkhaqqı hesablamaları üzrə təcrübə;
Əməkhaqqı fondu üzrə büdcə və xərc təhlili aparmaq bacarığı.
Əmək şəraiti:
Rəsmi əmək müqaviləsi;
Əmək haqqı: bilik və təcrübəyə uyğun 1 500–2 000 (net) AZN əməkhaqqı;
Bazar ertəsi–cümə, saat 09:00–18:00. Şənbə və bazar istirahət günləridir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Maaş: 1500 AZN
Son müraciət tarixi: 19.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-hr-uzre-mutexessis-154192
РЕКЛАМА










