
Bakı3
İnfrastruktur Arxitekti

Келишим боюнча
İnfrastruktur Arxitekti
ТекшерилдиБүгүн
ШаарBakı
Күнү
Көрүүлөр3
Номери№6081712
Сүрөттөмө
Dövlət layihələri və təşəbbüsləri üzrə infrastruktur arxitekturasının qiymətləndirilməsi və istiqamətləndirilməsi;Bulud, hibrid və on-premises mühitlər üçün vahid yanaşma və prinsiplərin formalaşdırılması;Hökumət Buludunun təkmilləşdirilməsi üzrə təklif və həllərin hazırlanması;Layihələrdə təqdim olunan infrastruktur dizaynlarının tələblərə uyğunluğunun qiymətləndirilməsi;Yüksək əlçatanlıq və fəlakətdən bərpa yanaşmaları üzrə ümumi standartların hazırlanması;Mərkəzi komponentlərin və platformaların infrastruktur arxitekturasının hazırlanması;Monitorinq, loglama və müşahidəolunurluq üzrə minimum tələblərin müəyyənləşdirilməsi;İnfrastruktur resurslarından səmərəli istifadə və əməliyyat xərclərinin optimallaşdırılması üzrə tövsiyələrin verilməsi;Vendor lock-in risklərinin azaldılması üçün yanaşmaların hazırlanması;İnfrastruktur uyğunluğu üzrə minimum tələblərin və yoxlama siyahılarının formalaşdırılması;Texnoloji yeniliklərin izlənilməsi və infrastruktur/platforma radarının yenilənməsi;Dövlət qurumlarına infrastruktur və platforma arxitekturası üzrə metodoloji və əməli dəstək göstərilməsi.
Tələblər:
İnformasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil;İnfrastruktur, sistem və ya platforma arxitekturası sahəsində 5+ il iş təcrübəsi;Bulud, hibrid və on-premises infrastrukturların layihələndirilməsi və idarə olunması üzrə təcrübə;Virtualizasiya, konteynerizasiya və orkestrasiya texnologiyaları üzrə bilik və təcrübə;Docker, Kubernetes və əlaqəli infrastruktur komponentləri üzrə praktik bilik;Şəbəkə, təhlükəsizlik, yük balanslama, yüksək əlçatanlıq və fəlakətdən bərpa həlləri üzrə biliklər;Monitorinq, loglama və observability alətləri ilə işləmə təcrübəsi;Linux serverləri, avtomatlaşdırma və infrastrukturun kod kimi idarə olunması yanaşmaları üzrə biliklər;Bulud platformaları üzrə biliklər üstünlükdür;İnfrastruktur dizaynı, texniki sənədləşdirmə və yoxlama yanaşmaları üzrə təcrübə;Vendor lock-in riskləri, miqyaslana bilmə və resurs optimallaşdırılması məsələləri üzrə anlayış;Analitik düşüncə, problem həll etmə və sistemli yanaşma bacarığı;Komanda ilə işləmə və müxtəlif maraqlı tərəflərlə koordinasiya qurmaq qabiliyyəti;Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);Dövlət sektoru və ya iri miqyaslı infrastruktur layihələrində təcrübə üstünlükdür.
Vakansiya növü: Tam ştat
Şirkət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/idda/idda-infrastruktur-arxitekti-7143322/apply
РЕКЛАМА





