Prayk
İnsan Resursları üzrə Mütəxəssis — Təhsil və elm, Bakı
Келишим боюнча

İnsan Resursları üzrə Mütəxəssis

Текшерилди2 күн мурун
Шаар
Bakı
Күнү
Көрүүлөр
4
Номери
№5514603

Сүрөттөмө

QALAN şirkətinin İnsan Resursları komandasına qoşulacaq, HR sahəsində bilik və təcrübəyə malik, ünsiyyətcil, təşəbbüskar və məsuliyyətli İnsan Resursları üzrə Mütəxəssis axtarırıq! QALAN beynəlxalq EdTech şirkəti olaraq məktəblilər üçün interaktiv onlayn təhsil platforması təqdim edir. Komandamıza qoşulacaq namizədin HR proseslərinin effektiv təşkili və inkişafında aktiv iştirak etməsini gözləyirik. Əsas vəzifə öhdəlikləri:Şirkətin kadr ehtiyaclarının müəyyənləşdirilməsi və işə qəbul prosesinin tam təşkili;Vakansiyaların hazırlanması, namizədlərin axtarışı, ilkin qiymətləndirilməsi və seçilməsi;Müsahibələrin təşkili və namizədlərlə effektiv kommunikasiyanın qurulması;Yeni əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkili və izlənilməsi;Əmək müqavilələrinin, işə qəbul, işdən azad olunma və digər kadr dəyişikliklərinin sənədləşdirilməsi;Əməkdaşların şəxsi işlərinin hazırlanması, yenilənməsi və arxivləşdirilməsi;ƏMAS sistemi üzərindən müvafiq HR əməliyyatlarının həyata keçirilməsi;Məzuniyyətlərin hesablanması və izlənilməsi;Əməkdaşların gündəlik HR müraciətlərinin cavablandırılması və daxili kommunikasiyanın təmin edilməsi;Daxili qayda və prosedurların tətbiqinə, əmək intizamına nəzarət edilməsi;HR hesabatlarının hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi;Komanda daxili motivasiya, təlim və korporativ tədbirlərin təşkilində iştirak. Tələblər: İnsan resursları və ya müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;Rus dilini bilmək;MS Office proqramları, xüsusilə Excel və Word ilə işləmək bacarığı;Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları;Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma;Komandada işləmək və eyni zamanda müstəqil qərarlar vermək bacarığı;Məxfi məlumatlarla işləmə və peşəkar etik normalara riayət etmək bacarığı. Vakansiya növü: Tam ştat Şirkət: Qalan AZ Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/qalan/qalan-insan-resurslari-uzre-mutexessis-65637251/apply
РЕКЛАМА