Prayk

İnsan resursları üzrə mütəxəssis

1 000 ₼
Текшерилди5 күн мурун
КатегорияHR, кадрлар

№6120295·Көрүүлөр: 25

Сүрөттөмө

MAN-G Design and Construction komandamıza İnsan resursları sahəsində təcrübəli, təşəbbüskar və sistemli düşünən mütəxəssis axtarırıq. Əsas vəzifə öhdəlikləri: Əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsinin, ƏMAS və İSB əməliyyatlarının aparılması; İşə qəbul prosesinin tam idarə edilməsi: vakansiyaların hazırlanması, namizədlərin seçilməsi və müsahibələrin keçirilməsi; Yeni əməkdaşların adaptasiyası və sınaq müddətinin idarə olunması; HR siyasət və prosedurlarının hazırlanması, tətbiqi və təkmilləşdirilməsi; KPI və performans qiymətləndirmə proseslərinin təşkili; Əməkdaşlarla münasibətlərin, təlim və inkişaf proseslərinin idarə olunması; HR hesabatlarının hazırlanması və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi. Namizədə dair tələblər: HR sahəsində 3-5 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə mükəmməl bilik; İşə qəbul və digər HR proseslərinin idarə edilməsində praktiki təcrübə; Analitik düşüncə, təşəbbüskarlıq, güclü kommunikasiya və müstəqil işləmək bacarığı; MS Office proqramlarında sərbəst işləmək bacarığı. İş şərtləri: İş qrafiki: Tam iş günü Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Office Center Əmək haqqı: 1000 Azn + (Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq) Bizim üçün vacib məqam: Biz yalnız kadr kargüzarlığını icra edən deyil, insan resurslarının bütün əsas istiqamətlərini idarə edə bilən, HR proseslərini təkmilləşdirən və şirkətin inkişafına töhfə verən mütəxəssis axtarırıq. Uyğun namizədlər CV-lərini “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 1000 AZN Son müraciət tarixi: 18.12.2026

Жарнактын булагы

Түп нуска жарнакты ачуу

© Man-G jobsearch.az · Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.

Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.

РЕКЛАМА