Komandamıza İT sahəsində satış və biznesin inkişafı istiqamətində çalışacaq mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
Potensial korporativ müştərilərin müəyyən edilməsi və yeni biznes əlaqələrinin qurulması;
Şirkətin təqdim etdiyi İT məhsul və xidmətlərinin müştərilərə təqdim edilməsi və satışının həyata keçirilməsi;
Müştəri görüşlərinin, təqdimatların və kommersiya danışıqlarının aparılması;
Mövcud müştərilərlə işgüzar münasibətlərin davam və inkişaf etdirilməsi;
Satış hədəflərinin yerinə yetirilməsi və müvafiq hesabatların hazırlanması.
Namizədə dair tələblər:
B2B satış sahəsində ən az 2 il iş təcrübəsi;
İT məhsulları, proqram təminatı və texnoloji həllər haqqında baza bilikləri;
Müştərinin ehtiyaclarını müəyyənləşdirərək uyğun İT həllini təqdim etmək bacarığı;
Güclü ünsiyyət, təqdimat və müştəri ilə iş bacarıqları.
Üstünlük veriləcək namizədlər:
Proqram təminatı, şəbəkə həlləri və ya digər İT məhsullarının satışında təcrübəsi olanlar;
Texniki komandalarla əməkdaşlıq edərək müştəri tələblərini uyğun həllərə çevirə bilənlər.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan poçt ünvanı üzərindən göndərə bilərlər. Mövzu hissəsində IT Sales Specialist qeyd olunması xahiş olunur.
Son müraciət tarixi: 13.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/qafqaz-net-llc-it-sales-specialist-b2b-153706
РЕКЛАМА
Биз cookie файлдарын колдонобуз Аналитика — сиздин макулдугуңуз менен гана; зарыл cookie'лер дайыма күйүк.Купуялык саясаты