Prayk

İT Satış Meneceri

1 200 ₼
Текшерилди1 ай мурун
ШаарBakı
КатегорияСатуу

№5032707·Көрүүлөр: 26

Сүрөттөмө

Korporativ İT Satış Meneceri / B2B IT Sales Manager “Yeni Texnologiyalar” MMC komandamıza korporativ İT satışları istiqamətində təcrübəli və nəticəyönümlü İT Satış Meneceri axtarır. Əməkhaqqı: 1200–1500 AZN + satış nəticələrinə əsasən bonuslar. KPİ nəticələrinə əsasən əməkhaqqı qeyd olunan rəqəmdən tədricən artırılacaq. CV: [email protected] WhatsApp: +994 50 408 77 87 Müraciət zamanı mövzu hissəsində “İT Satış Meneceri” qeyd edilməsi mütləqdir. Tələblər: B2B və ya korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi; İT satışlarında təcrübə ciddi üstünlükdür; Kompüter, noutbuk, printer, server, şəbəkə avadanlıqları və digər İT məhsulları haqqında ümumi bilik; İT məhsullarının texniki xüsusiyyətlərini anlamaq və müştəri tələbinə uyğun məhsul seçmək bacarığı; Kommersiya təklifləri hazırlamaq və qiymətlərlə işləmək bacarığı; Güclü satış, təqdimat və danışıqlar aparmaq bacarığı; Yeni müştəri cəlb etmək və satış imkanlarını nəticəyə çevirmək bacarığı; Korporativ yazışma və işgüzar kommunikasiya bacarığı; MS Office proqramlarında sərbəst işləmək bacarığı; CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür; Azərbaycan dili – sərbəst; Rus dili biliyi arzuolunandır; İngilis dili – texniki sənədləri anlama səviyyəsində üstünlükdür; Aktiv, təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü olmaq. Üstünlük veriləcək namizədlər İT avadanlıqları sahəsində satış təcrübəsi olan; Korporativ B2B və dövlət sektorunda müştərilərlə işləyən; Tender və satınalmada satış prosesləri ilə tanış olan; Vendor və distribütorlarla işləmək təcrübəsi olan; Mövcud korporativ müştəri əlaqələrinə malik olan namizədlər. Vəzifə öhdəlikləri: Korporativ müştərilərə İT məhsul və həllərinin B2B satışı; Yeni potensial müştərilərin müəyyən edilməsi və cəlb olunması; Mövcud müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin inkişaf etdirilməsi; Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun İT həllərinin təklif olunması; Müştərilərlə görüş və təqdimatların keçirilməsi; Kommersiya və qiymət təkliflərinin hazırlanması; Tender, kotirovka və korporativ satınalma sorğularının satış tərəfdən idarə olunması; İT avadanlıqları üzrə texniki tələblərin ilkin təhlili və uyğun məhsulların seçilməsi; Distribütor və vendorlarla məhsul, qiymət və mövcudluq üzrə kommunikasiya; Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə olunması; Satış planlarının və müəyyən edilmiş KPI-ların yerinə yetirilməsi; Müştəri bazasının və satış imkanlarının CRM sistemində idarə olunması; Bazarın, rəqiblərin və yeni İT həllərinin izlənilməsi. Maaş: 1200-1500 AZN Yaş: 22-40 İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Жарнактын булагы

Түп нуска жарнакты ачуу

© NewTech boss.az · Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.

Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.

РЕКЛАМА