Prayk
Kapitan (Bakı Limanı) — Digər, Bakı
Келишим боюнча

Kapitan (Bakı Limanı)

ТекшерилдиБүгүн
ШаарBakı
КатегорияБашка

№6372235·Көрүүлөр: 1

Сүрөттөмө

Yedəkləmə, yanalma və digər gəmi əməliyyatlarının təhlükəsiz təşkilini təmin etmək;Gəminin təhlükəsiz idarə olunmasını, istismarını və üzgüçülüyə hazırlığını təmin etmək;Gəmi heyətinin fəaliyyətini, iş bölgüsünü, növbəliliyini və əmək-intizam qaydalarına riayət olunmasını təşkil və nəzarətdə saxlamaq;Gəminin texniki vəziyyətinə, texniki xidmət və təmir işlərinin vaxtında həyata keçirilməsinə nəzarət etmək;Naviqasiya təhlükəsizliyini, gəmi dayanıqlığını, fövqəladə hallara hazırlığı və dənizdə insan həyatının xilas edilməsi tədbirlərini təmin etmək;Gəmi və maşın jurnallarının, eləcə də digər gəmi sənədlərinin düzgün aparılmasına nəzarət etmək;Gəminin qəbul-təhvil prosesini və müvafiq sənədləşməni həyata keçirmək;Qəzalar, insidentlər və təhlükəli hallar barədə vaxtında məlumat vermək. Tələblər: Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə orta ixtisas Təcrübə: Müvafiq istiqamət üzrə 3 il Tələb olunan sertifikat:Sahilboyu üzgüçülükdə istismar olunan qross tonnajı (ümumi tutumu) 500-dən az olan gəmilərdə kapitan sertifikatı;Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı;Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;Gəmidə ilk tibbi yardım;Yanğınla mübarizə geniş proqram üzrə;Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı;Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sisteminin Ümumi rayon operatoru;Radar, avtomatik radar müşahidə vasitələri, kapitan körpüsü komandası və axtarış-xilasetmə (İdarəetmə səviyyəsində);Təhlükəli və zərərli yüklərin daşınması;Əmniyyətli idarəetmə haqqında beynəlxalq məcəllə. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Mütəxəssis Şirkət: Azərbaycan Dəmir Yolları Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-kapitan-baki-limani-66399692/apply
РЕКЛАМА