Kemei 2299 üzqırxan aparatı saqqal və saçların dəqiq formaya salınması, eləcə də kənarlarının düzəldilməsi üçün nəzərdə tutulmuşdur. Bu cihaz həm ev şəraitində, həm də peşəkar bərbər salonlarında rahatlıqla istifadə edilə bilər.
Ağız hissəsinin şüşə keramikadan olması kəsim zamanı dəriyə zərər vermədən rahat istifadəni təmin edir. Daxili akkumulyator vasitəsilə zaryatka ilə işləməsi kabel məhdudiyyətini aradan qaldıraraq hərəkət sərbəstliyi yaradır. Ergonomik gövdə quruluşu isə uzunmüddətli iş zamanı əlin yorulmasının qarşısını alır.