Əsas vəzifə və öhdəliklər
Tikinti layihələri üzrə kommersiya siyasətinin, büdcə və xərclərə nəzarət sisteminin hazırlanmasını və icrasını təmin etmək;
Layihələrin ilkin büdcələrini, smetalarını və faktiki xərclərini təhlil etmək, büdcəyə uyğunluğa nəzarət etmək;
Material, avadanlıq, texnika və podratçı xidmətləri üzrə qiymət təhlili və kommersiya müqayisələrini aparmaq;
Satınalma proseslərində iştirak etmək, təchizatçı və podratçılardan kommersiya təkliflərini toplamaq və qiymətləndirmək;
Podratçı və təchizatçılarla bağlanan müqavilələrin kommersiya şərtlərini, qiymətlərini və ödəniş qrafiklərini təhlil etmək;
Tikinti işləri üzrə görülmüş iş həcmlərini, aktları və ödəniş sənədlərini yoxlamaq;
Planlaşdırılmış və faktiki xərclər arasındakı fərqləri müəyyənləşdirmək, kənarlaşmaların səbəblərini araşdırmaq və xərclərin optimallaşdırılması üzrə təkliflər vermək;
Layihələrin maya dəyərinin hesablanmasına, gəlirlilik və mənfəətlilik göstəricilərinin təhlilinə nəzarət etmək;
Əlavə və dəyişiklik işlərinin (Variation Orders) dəyərinin hesablanmasını və kommersiya baxımından qiymətləndirilməsini təşkil etmək;
Layihələr üzrə pul vəsaitlərinin hərəkətini, ödəniş öhdəliklərini və maliyyə proqnozlarını izləmək;
Material sərfiyyatına, itkilərə və ehtiyatlardan istifadəyə nəzarət mexanizmlərinin tətbiqini təmin etmək;
Layihə rəhbərləri, satınalma, maliyyə, texniki nəzarət və digər struktur bölmələrlə koordinasiyalı fəaliyyət göstərmək;
Layihələrin büdcəsi, xərcləri, müqavilələri, ödənişləri və mənfəətliliyi üzrə müntəzəm hesabatları rəhbərliyə təqdim etmək.
Namizədə tələblər
İqtisadiyyat, maliyyə, tikinti mühəndisliyi, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
Tikinti sektorunda kommersiya idarəetməsi, Cost Control, Quantity Surveying və ya layihələrin büdcələşdirilməsi sahəsində minimum 5 il iş təcrübəsi;
Tikinti smetalarının, layihə büdcələrinin və faktiki xərclərin təhlili üzrə praktiki biliklər;
Tikinti materialları, avadanlıqları, podratçı xidmətləri və satınalma bazarı üzrə məlumatlılıq;
Müqavilələrin, kommersiya təkliflərinin və ödəniş sənədlərinin təhlili bacarığı;
Plan-fakt təhlili, maya dəyərinin hesablanması və xərclərin optimallaşdırılması üzrə biliklər;
MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
ERP və layihə idarəetmə proqramları üzrə təcrübə üstünlükdür;
Analitik düşüncə, detallara diqqət, danışıqlar aparmaq və qərarvermə bacarığı;
Yüksək məsuliyyət, təşkilatçılıq və nəticəyönümlülük.
İş yeri
Ünvan: Bakı şəhəri, Sabah City.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208539/kommersiya-v%C9%99-x%C9%99rcl%C9%99r%C9%99-n%C9%99zar%C9%99t-meneceri
РЕКЛАМА
Биз cookie файлдарын колдонобуз Аналитика — сиздин макулдугуңуз менен гана; зарыл cookie'лер дайыма күйүк.Купуялык саясаты