
Bakı8
Korporativ satış meneceri
Korporativ satış meneceri
600 ₼
Текшерилди1 ай мурун
Сүрөттөмө
“TB AK” MMC – ofis, dəftərxana, təsərrüfat və digər məhsulların təchizatı ilə məşğul olan təchizat şirkətidir.
Şirkətimizin əsas müştəri qrupu korporativ şirkətlər, ofislər, müəssisələr və dəftərxana/ofis ləvazimatları satışı ilə məşğul olan mağaza və topdansatış şirkətləridir.
Komandamıza yeni müştərilərin cəlb edilməsi və korporativ satışların inkişaf etdirilməsi üzrə Korporativ Satış Meneceri axtarırıq.
Bu vəzifədə əsas məqsəd hazır müştəri gözləmək deyil, aktiv şəkildə yeni korporativ müştərilər tapmaq və satış bazasını genişləndirməkdir.
Namizəd əsasən:
Şirkətlər → Ofislər → Müəssisələr → Dəftərxana mağazaları → Topdansatış müştəriləri
istiqamətində yeni əlaqələr quracaq və satışları inkişaf etdirəcək.
Biz nə təklif edirik:
Əmək müqaviləsi;
Əməkhaqqı + satış nəticələrinə əsaslanan bonus sistemi;
Satış və müştəri bazasının formalaşdırılması üçün dəstək;
Məhsul çeşidi və şirkətin fəaliyyəti üzrə təlim;
Peşəkar inkişaf və karyera imkanları;
Aktiv və nəticəyönümlü iş mühiti.
Bazar ertəsi – Cümə
09:00 – 18:00
Bakı şəhəri, Nərimanov rayonu
CV-nizi [email protected] elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Korporativ Satış Meneceri” qeyd etməyiniz xahiş olunur.
Tələblər:
B2B və ya korporativ satış sahəsində təcrübə arzuolunandır;
Aktiv satış və müştəri cəlbetmə bacarığı;
Güclü ünsiyyət və danışıqlar aparmaq qabiliyyəti;
Yeni müştəri axtarmaq və əlaqə yaratmaq bacarığı;
Nəticəyönümlü və məsuliyyətli olmaq;
Komanda ilə işləmək bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
MS Office proqramlarından istifadə bacarığı;
Satış proqramları və CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür.
Vəzifə öhdəlikləri:
Yeni korporativ müştərilərin axtarılması və cəlb edilməsi;
Şirkət, ofis və mağazalarla əlaqələrin qurulması;
Potensial müştərilərin müəyyən edilməsi və müştəri bazasının genişləndirilməsi;
Mövcud müştərilərlə davamlı əlaqələrin saxlanılması;
Məhsullar üzrə kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
Müştərilərin tələblərinin öyrənilməsi və uyğun məhsulların təklif edilməsi;
Telefon, WhatsApp, e-mail və digər kanallar vasitəsilə aktiv satış aparılması;
Görüşlərin təşkili və müştərilərə təqdimatların keçirilməsi;
Qiymət sorğularının qəbul edilməsi və sifarişlərin satış prosesinin sonuna qədər izlənilməsi;
Satış nəticələri və yeni müştərilər barədə mütəmadi hesabatların hazırlanması;
Şirkətin məhsul çeşidi və xidmətləri haqqında müştərilərə ətraflı məlumat verilməsi.
Maaş: 600-2000 AZN
Yaş: 20-40
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Жарнактын булагы
Түп нуска жарнакты ачуу© TB AK MMC boss.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.
Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.
РЕКЛАМА




