Prayk

Kosmetoloq

2 000 ₼
Текшерилди1 ай мурун
Шаар
Bakı
Күнү
Көрүүлөр
1
Номери
№2442334

Сүрөттөмө

Vakansiya: həkim-kosmetoloq Paramed Laser Clinic — Bakıda lazer dermatologiyası və kosmetologiya sahəsində ən böyük mərkəzlərdən biri, həmçinin Alma Lasers-in Azərbaycandakı klinik mərkəzi olaraq komandasına həkim-kosmetoloqlar dəvət edir. • Yüksək əməkhaqqı: sabit maaş + faiz (ayliq gəlir - 1000-2000 AZN civarinda) • İş qrafiki: həftədə 5 gün, saat 10:00-dan 19:00-dək CV-lərinizi bu email ünvanına göndərin: • Lazer epilyasiyası — Soprano ICE, Soprano Accord, Soprano Platinum, Soprano Titanium sistemləri ilə: qadın və kişilər üçün lazer epilyasiyası, müxtəlif dəri fototipləri, həssas zonalar və bədənin böyük nahiyələri ilə iş, prosedurun rahat və təhlükəsiz nəticə verməsi üçün fərdi parametrlərin seçilməsi. • Lazer və aparat kosmetologiyası — Harmony XL Pro və Pixel CO2 texnologiyaları ilə: papilloma, ziyil və digər xoşxassəli dəri törəmələrinin aradan qaldırılması, piqment və damar ləkələrinin, postakne izlərinin, çapıq və şramların müalicəsi, lazer cavanlaşdırma, dərinin keyfiyyətinin, teksturasının, sıxlığının və tonusunun yaxşılaşdırılması. • Bədən korreksiyası və sellülitin müalicəsi — Accent Prime / Accent UltraSpeed aparatları ilə: bədən konturlarının modelləşdirilməsi, sellülit əlamətlərinin azaldılması, dərinin tonusunun yaxşılaşdırılması, toxumaların elastikliyinin artırılması və lokal piy yığıntıları ilə iş. • İnyeksion və estetik kosmetologiya: filler vasitəsilə kontur plastika, botulinoterapiya, mezoterapiya, biorevitalizasiya, dərinin nəmləndirilməsi, bərpası və cavanlaşdırılması üçün prosedurlar, yaş, dəri vəziyyəti və pasiyentin istəkləri nəzərə alınmaqla fərdi estetik protokolların seçilməsi. Biz təklif edirik • Lazer aparatlarında işləmə üzrə pulsuz təlim • Soprano aparatları ilə iş təcrübəsi mütləq deyil — təlim keçirilir • Stabil pasiyent axını — pasiyentləri klinika təmin edir • Aktiv reklam və həkimlərin tanıdılması • Mehriban kollektiv və rahat iş şəraiti Əmək haqqı: 1000-2000 AZN
РЕКЛАМА