Biopet.shop şirkəti Bakı şəhəri və ətraf ərazilərdə ev heyvanları üçün məhsulların çatdırılmasını həyata keçirmək məqsədilə şəxsi avtomobili olan məsuliyyətli və punktual kuryer-sürücü axtarır.
Əsas vəzifə öhdəlikləri:
Sifarişlərin qəbul və işlənməsi;
Sifarişlərin müştərilərə vaxtında, qapıya qədər çatdırılması;
Məhsulların müəyyən edilmiş marşrutlara uyğun çatdırılması;
Daşınma zamanı məhsulların təhlükəsizliyinin və bütövlüyünün təmin edilməsi;
Müştərilərlə nəzakətli və peşəkar ünsiyyətin qurulması;
Şirkətin daxili nizam-intizam qaydalarına və standartlarına riayət edilməsi.
Namizədlərə tələblər:
Yaş həddi: 20–45;
B kateqoriyalı sürücülük vəsiqəsinin olması;
Şəxsi avtomobilin olması (hibrid və ya dizel);
Bakı şəhərini və ətraf əraziləri yaxşı tanımaq;
Məsuliyyətli, diqqətli, punktual və çalışqan olmaq;
Yüksək ünsiyyət bacarığına malik olmaq.
İş şəraiti:
6 günlük tam ştat iş qrafiki;
Əməkhaqqı: ilk ay 750 AZN + sifariş sayına uyğun bonus;
3 ay sonra 850 AZN + sifariş sayına uyğun bonus;
Sifariş sayına uyğun bonus ilk aya da aiddir;
Şəxsi avtomobil üçün istismar ödənişi;
Hər 100 km üçün 10 litr benzin təminatı;
Parkinq xərci: 20 AZN (aylıq);
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
Yanacaq xərclərinin şirkət tərəfindən qarşılanması;
Mobil rabitə xərclərinin şirkət tərəfindən qarşılanması;
Mehriban və dəstəkləyici kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Biopet.shop – komandamızın bir üzvü ol!
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208227/kuryer-surucu
РЕКЛАМА
Биз cookie файлдарын колдонобуз Аналитика — сиздин макулдугуңуз менен гана; зарыл cookie'лер дайыма күйүк.Купуялык саясаты