Prayk

Layihə rəhbəri

1 600 ₼
Текшерилди2 күн мурун
Шаар
Bakı
Категория
Башка
Күнү
Көрүүлөр
7
Номери
№4167508

Сүрөттөмө

İş barədə məlumat: Layihə Rəhbəri Soulmind psixologiya, kouçluq, insan resursları və təşkilati inkişaf sahələrini müasir texnologiyalar və elmi yanaşmalarla birləşdirən multidissiplinar inkişaf platformasıdır. Daxili, korporativ və beynəlxalq layihələrimizin planlaşdırılması, koordinasiyası və effektiv icrasını təmin etmək üçün komandamıza Layihə Rəhbəri dəvət edirik. Əsas vəzifələr • Layihələrin məqsəd, əhatə dairəsi, fəaliyyət planı, büdcə, resurs və icra müddətlərini müəyyənləşdirmək; • Layihələrin planlaşdırılması, təşkili, koordinasiyası və icrasına rəhbərlik etmək; • Komanda daxilində tapşırıqları bölüşdürmək, icranı və son tarixləri izləmək; • Layihə üzrə resursların və büdcənin səmərəli idarə olunmasını təmin etmək; • Potensial risk və problemləri müəyyənləşdirmək, həlli üzrə operativ tədbirlər görmək; • Müştərilər, tərəfdaşlar və digər maraqlı tərəflərlə əlaqələri və layihə görüşlərini idarə etmək; • Layihənin nəticələrini və əsas göstəricilərini izləmək, təhlil etmək və rəhbərliyə hesabat təqdim etmək; • Yeni layihə imkanlarını araşdırmaq və layihə konsepsiyalarının hazırlanmasında iştirak etmək; • Soulmind-i layihələrlə bağlı daxili və xarici görüşlərdə təmsil etmək. Biz nə təklif edirik? • İnkişaf edən və innovativ şirkətdə çalışma imkanı; • Yerli və beynəlxalq layihələrdə iştirak; • Multidissiplinar peşəkar komanda ilə əməkdaşlıq; • Yeni layihələrin hazırlanması və həyata keçirilməsində birbaşa iştirak; İş şəraiti İş yeri: Bakı şəhəri, Xətai prospekti 15, Şərq Bazarı İş formatı: Ofisdə, tam iş günü İş saatları: 10:00–19:00 Müraciət Layihələrin idarə olunması, komanda koordinasiyası və yeni layihələrin həyata keçirilməsi sahəsində təcrübəniz varsa, mövzu hissəsində “Layihə Rəhbəri” qeyd edərək CV-nizi bizə göndərə bilərsiniz. Tələblər: Təhsil : Ali İş təcrübəsi : 1 ildən 3 ilə qədər Yaş : 25 - 35 Cins : Kişi Namizədə tələblər • Ali təhsil; • Layihələrin idarə olunması və koordinasiyası sahəsində praktiki iş təcrübəsi; • Biznesin idarə edilməsi, menecment, marketinq, İR, psixologiya və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür; • Azərbaycan dilində yüksək səviyyədə, ingilis dilində yaxşı səviyyədə ünsiyyət bacarığı; • Layihə planları, hesabatlar, təqdimatlar və digər iş sənədlərini hazırlamaq bacarığı; • Komanda idarəetməsi, tapşırıqların bölüşdürülməsi və icranın izlənməsi bacarığı; • Güclü kommunikasiya, danışıqlar aparma və problem həll etmə bacarığı; • Psixologiya, kouçluq, İR, təhsil, təşkilati inkişaf və ya korporativ xidmətlər sahəsində layihə təcrübəsi; • Beynəlxalq layihələrdə və beynəlxalq tərəfdaşlarla iş təcrübəsi; • Təlim və inkişaf layihələrinin koordinasiyası; • Layihə büdcəsi və risklərinin idarə olunması təcrübəsi; Şəxsi keyfiyyətlər • Liderlik və təşkilatçılıq bacarığı; • Sistemli və strateji düşüncə; • Məsuliyyətlilik və nəticəyönümlülük; • Güclü kommunikasiya və təqdimat bacarığı; • Təşəbbüskarlıq və proaktiv yanaşma; • Çevik qərarvermə və problem həll etmə bacarığı; • Eyni zamanda bir neçə layihə və prioriteti idarə etmək bacarığı; • Dəyişən şəraitə uyğunlaşmaq və müstəqil qərar qəbul etmək bacarığı. Əmək haqqı: 1500 - 1600 AZN Şirkət: Soulmind MMC Müraciət: https://ejob.az/is-elani/104788-layihe-rehberi/