Prayk

Logistika üzrə mütəxəssis (Logist)

Келишим боюнча
Текшерилди3 күн мурун
Күнү
Көрүүлөр
6
Номери
№4556025

Сүрөттөмө

Vəzifə öhdəlikləri İstehsal olunan və idxal edilən metal məhsullarının, boru kəməri həllərinin və avadanlıqların beynəlxalq və daxili yükdaşımalarının (Avto, Dəmir yolu, Dəniz, Hava) təşkili və izlənilməsi. Ən əlverişli marşrutların və nəqliyyat növünün seçilməsi, nəqliyyat xərclərinin optimallaşdırılması. Nəqliyyat/ekspeditor şirkətləri və gömrük brokerləri ilə danışıqların aparılması, optimal qiymət təkliflərinin toplanması və müqavilələrin bağlanması. Yüklərin daşınma prosesinə, çatdırılma müddətinə, təhlükəsizliyinə və Bakı, Sumqayıt, eləcə də ölkə regionlarındakı müştərilərə vaxtında çatdırılmasına nəzarət edilməsi. Gömrük rəsmiləşdirilməsi və yükdaşımalar üçün tələb olunan sənəd paketinin (CMR, Konosament, Bəyannamələr, İnvoys, Packing list, Çatdırılma aktları) hazırlanması və dəqiqliyinin təmin edilməsi. Daşımalar və logistika xərcləri üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Tələblər Təhsil: Ali təhsil (İqtisadiyyat, Logistika və ya Texniki sahələr üzrə). İş Təcrübəsi: Logistika və beynəlxalq/daxili yükdaşımalar sahəsində minimum 1-3 il iş təcrübəsi (metal və ya sənaye məhsullarının logistikası üzrə təcrübə üstünlükdür). Dil Bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili (arzuolunan), İngilis dili (arzuolunan). Kompüter Bilikləri: MS Office (xüsusilə MS Excel üstün səviyyədə). Xüsusi Biliklər: Incoterms 2020 qaydalarını, beynəlxalq daşıma normalarını və gömrük sənədləşmə prosedurlarını yaxşı bilmək. Şəxsi Keyfiyyətlər: Analitik düşüncə, danışıqlar aparmaq və qiymət razılaşdırmaq bacarığı, stressə davamlılıq və operativ qərar vermə yetənəyi. İş şəraiti İş qrafiki: Bazar ertəsi – Cümə (09:00 - 18:00) Əməkhaqqı: Müsahibə əsasında təyin olunur Ünvan: Çinar Plaza, Heydər Əliyev pr. 152. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əlaqə telefonu: +994 10 256 07 06 Son müraciət tarixi: 13.11.2026

Жарнактын булагы

Түп нуска жарнакты ачуу

© THEFERR Trade MMC jobsearch.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.

Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.

РЕКЛАМА