Prayk
Mağaza Meneceri — Satış
1 300 ₼

Mağaza Meneceri

ТекшерилдиБүгүн
Категория
Сатуу
Күнү
Көрүүлөр
9
Номери
№6070426

Сүрөттөмө

SuperToys komandası böyüməyə davam edir! Premium mağazamızın idarə edilməsini həyata keçirəcək, yüksək xidmət standartlarını təmin edəcək və satış nəticələrinə rəhbərlik edəcək peşəkar Mağaza Meneceri axtarırıq. Vəzifə öhdəlikləri: Mağazanın gündəlik fəaliyyətini təşkil və idarə etmək; SuperToys standartlarının və premium xidmət keyfiyyətinin təmin edilməsinə nəzarət etmək; Satış hədəflərini müəyyənləşdirmək və icrasını təmin etmək; Komandanı idarə etmək, motivasiya etmək və inkişaf etdirmək; Müştəri məmnuniyyətini və VIP müştərilərə fərdi yanaşmanı təmin etmək; Mağazanın merçendayzinq, kassa, anbar və stok proseslərinə nəzarət etmək; Satış göstəricilərini təhlil etmək, nəticələrin artırılması üçün təkliflər hazırlamaq; Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək. Namizədə tələblər: Ali təhsil; Pərakəndə satış sahəsində minimum 5 il iş təcrübəsi; Mağaza idarəçiliyi və komanda rəhbərliyi üzrə minimum 5 il təcrübə; Rus dili mütləqdir (sərbəst danışıq səviyyəsində); Güclü liderlik və idarəetmə bacarıqları; Yüksək səviyyəli ünsiyyət və müştəriyönümlülük; Analitik düşünmə və satış göstəricilərini təhlil etmək bacarığı; Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük; MS Office və satış proqramları ilə işləmək bacarığı. Biz təklif edirik: Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi; Peşəkar inkişaf və karyera imkanları; Dinamik və inkişafyönümlü iş mühiti. Əmək haqqı: 1300–1700 AZN CV-lərinizi mövzu hissəsində “Premium Mağaza Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Maaş: 1300 AZN Son müraciət tarixi: 17.12.2026

Жарнактын булагы

Түп нуска жарнакты ачуу

© Supertoys jobsearch.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.

Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.

РЕКЛАМА
WhatsApp