Prayk
Maliyyə Direktoru — Maliyyə
Келишим боюнча

Maliyyə Direktoru

ТекшерилдиБүгүн
КатегорияКаржы

№6327205·Көрүүлөр: 20

Сүрөттөмө

Şirkətin maliyyə fəaliyyətinin effektiv idarə edilməsini təmin edəcək təcrübəli Maliyyə Direktoru axtarırıq. Vəzifə öhdəlikləri: Şirkətin ümumi maliyyə siyasətini hazırlamaq və həyata keçirilməsinə rəhbərlik etmək; İllik büdcənin hazırlanmasını, icrasına nəzarəti təşkil etmək; Gəlir, xərc, mənfəət və rentabellik göstəricilərini təhlil etmək; Pul vəsaitlərinin hərəkətini (Cash Flow) və likvidliyi idarə etmək; Maliyyə risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların minimallaşdırılması istiqamətində tədbirlər görmək; Maliyyə hesabatlarının düzgün və vaxtında hazırlanmasını təmin etmək; Vergi öhdəliklərinin və qanunvericilik tələblərinin yerinə yetirilməsinə nəzarət etmək; Maliyyə nəzarəti və hesabatlılıq sistemlərinin təkmilləşdirilməsini təmin etmək; Şirkətin investisiya və inkişaf layihələrinin maliyyə qiymətləndirilməsini həyata keçirmək; Maliyyə departamentinin fəaliyyətini idarə etmək, komandanın peşəkar inkişafını təmin etmək; Rəhbərliyə maliyyə nəticələri və biznesin inkişafı ilə bağlı analitik hesabatlar və təkliflər təqdim etmək. Namizədə tələblər: Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ali təhsil; Maliyyə sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi; Maliyyə planlaşdırılması, büdcələşdirmə və maliyyə təhlili üzrə dərin biliklər; Vergi qanunvericiliyi və mühasibat uçotu standartları üzrə praktiki biliklər; Maliyyə hesabatlığı üzrə  (milli və IFRS) dərin və köklü biliklər; Pul vəsaitlərinin hərəkətinin və dövriyyə kapitalının idarə edilməsi üzrə təcrübə; ERP və maliyyə proqramları, MS Excel ilə yüksək səviyyədə işləmək bacarığı; Strateji düşünmə, analitik təhlil və qərarvermə bacarığı; Güclü liderlik, kommunikasiya və komanda idarəetmə bacarıqları; Yüksək məsuliyyətlilik və nəticəyönümlülük. Biz təklif edirik: Rəqabətqabiliyyətli əmək haqqı; Dinamik və inkişafyönümlü iş mühiti; Şirkətin strateji qərarvermə prosesində iştirak imkanı. İş yeri: Sədərək TM Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, razılaşma yolu ilə. CV-lərinizi mövzu hissəsində “Maliyyə Direktoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 24.12.2026

Жарнактын булагы

Түп нуска жарнакты ачуу

© Supertoys jobsearch.az · Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.

Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.

РЕКЛАМА