
Bakı2
Maliyyə üzrə aparıcı mütəxəssis
Maliyyə üzrə aparıcı mütəxəssis
Келишим боюнча
Текшерилди2 күн мурун
Сүрөттөмө
Vəzifə öhdəlikləri:
Qrup müəssisələri üzrə aylıq və illik maliyyə və idarəetmə hesabatlarının hazırlanması;
Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək maliyyə məlumatlarının düzgünlüyünün təmin edilməsi;
Mənfəət və zərər hesabatı, Balans Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti, CAPEX və dövriyyə kapitalı üzrə təhlillərin aparılması;
İllik büdcələmə prosesinin koordinasiyası və hazırlanmasına və o cümlədən gəlir, OPEX, CAPEX, pul vəsaitləri və dövriyyə kapitalı üzrə büdcələrin hazırlanması dəstək;
Faktiki nəticələrin büdcə, forecast və əvvəlki dövrlə müqayisəli təhlili, əsas kənarlaşmaların müəyyən edilməsi və izahı;
Maliyyə göstəricilərinin monitorinqi və kənarlaşmaların izah edilməsi;
Hesabat proseslərinin optimallaşdırılması üzrə təşəbbüslərin irəli sürülməsi;
Rəhbərlik üçün ad-hoc maliyyə təhlillərinin, ssenari və həssaslıq analizlərinin hazırlanması.
Tələblər:
Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində minimum 2-3 il iş təcrübəsi;
IFRS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) üzrə biliklərə sahib olmaq;
Büdcə və forecastların hazırlanması və təhlili bacarığı;
Maliyyə göstəricilərinin təhlili və hesabatların hazırlanması bacarığı;
MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, mürəkkəb formulalar və s.);
Böyük həcmli məlumatlarla işləmək və keyfiyyətli nəticə təqdim etmək bacarığı;
Yüksək analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
Vaxtın effektiv idarə olunması və prioritetləri düzgün müəyyən etmə bacarığı;
Komanda ilə işləmə bacarığının olması;
ERP sistemləri ilə işləmək təcrübəsi üstünlükdür;
ACCA və digər oxşar sertifikatlara sahib olmaq üstünlükdür;
Big4 və oxşar şirkətlərdə müvafiq iş təcrübəsi üstünlükdür;
Azərbaycan və İngilis dilini bilməsi zəruridir. Rus dilini bilməsi arzuolunandır.
Əmək şəraiti:
Pozitiv və dəstəkləyici iş mühiti
İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
İş vaxtı: 09:00-18:00
Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/197626/maliyye-uzre-aparici-mutexessis
Окшош жарнактар






Келишим боюнча
Risklərin İdarə Edilməsi İdarəsinin Risk nəzarəti və hesabatlıq şöbəsinin stajçı/kiçik/mütəxəssis
BakıКечээ 10:25








