Namizədə tələblər:
Instagram, Facebook, TikTok və LinkedIn platformalarının idarə olunması üzrə bilik və praktiki bacarıq;
Sosial media hesabları üçün kontent planının hazırlanması və paylaşım təqviminin idarə edilməsi;
Meta Business Suite vasitəsilə paylaşımların planlaşdırılması, səhifələrin idarə edilməsi və statistik göstəricilərin izlənilməsi;
Canva proqramında sosial media paylaşımları, reklam vizualları və qrafik materialların hazırlanması;
CapCut vasitəsilə video çəkilişlərin montajı, redaktəsi və sosial media formatlarına uyğunlaşdırılması;
Foto və video çəkilişlərinin təşkili, kontent üçün yaradıcı ideyaların hazırlanması;
ChatGPT və digər süni intellekt (AI) alətlərindən istifadə bacarığı;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı, rus dili biliyi mütləq, ingilis dili biliyi arzuolunandır;
Kreativ düşüncə, vizual zövq və güclü kommunikasiya bacarığı;
Marketinq trendlərini və sosial media yeniliklərini izləmək bacarığı;
Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.
İş şəraiti və üstünlüklər:
Premium idman zalından ödənişsiz istifadə imkanı;
Nahar yeməyi;
İş fəaliyyəti üçün zəruri çəkiliş avadanlıqları və mobil telefonun təqdim edilməsi;
Həftədə 5 iş günü, 2 istirahət günü;
Rəsmi bayram günlərində istirahət;
Rahat və peşəkar iş mühiti.
İş qrafiki: 09:00–18:00
İş yeri: Yasamal rayonu, Üç Tac yaşayış kompleksi.
Marketinq sahəsində inkişaf etmək və komandamızın bir hissəsi olmaq istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Marketinq üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/209100/marketinq-uzre-kicik-mutexessis
РЕКЛАМА
Биз cookie файлдарын колдонобуз Аналитика — сиздин макулдугуңуз менен гана; зарыл cookie'лер дайыма күйүк.Купуялык саясаты