Namizəd birbaşa Marketinq Direktoru ilə çalışacaq, partnyor şirkətlər ilə gündəlik marketinq kommunikasiyasını, reklam kampaniyalarını və müxtəlif layihələrin koordinasiyasını həyata keçirəcək.
Vəzifə öhdəlikləri
Partnyor şirkətlər ilə gündəlik kommunikasiya və əməkdaşlığın qurulması;
Reklam kampaniyalarının, aksiyaların və tədbirlərin təşkilində iştirak;
Sosial media üçün kontentlərin hazırlanmasına və planlaşdırılmasına dəstək;
Şirkətlər ilə endirim və xüsusi təklif kampaniyalarının koordinasiyası;
Təqdimatların, hesabatların və marketinq materiallarının hazırlanması;
Marketinq layihələri üzrə tapşırıqların icrası, izlənilməsi və nəticələrin hesabatlandırılması;
Marketinq komandası, şirkətlər və digər tərəfdaşlar arasında effektiv koordinasiyanın təmin edilməsi.
Namizədə tələblər
Marketinq, SMM, layihələrin koordinasiyası və ya müştərilərlə iş sahəsində təcrübə üstünlükdür;
Yüksək kommunikasiya və təşkilatçılıq bacarığı;
Eyni zamanda bir neçə layihə və tapşırığı idarə etmək bacarığı;
Instagram və digər sosial media platformaları haqqında biliklər;
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı;
İngilis dili biliyi üstünlükdür;
MS Office proqramları ilə işləmək bacarığı;
Məsuliyyətli, operativ, kreativ və təşəbbüskar olmaq;
Komanda ilə işləmək və müstəqil qərar qəbul etmək bacarığı.
İş şəraiti
İş yeri: Bakı
İş rejimi: 5 günlük (09:00-18:00)
Əməkhaqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini “Marketinq üzrə Koordinator” mövzusu ilə elanda “Müraciət et” bölməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 21.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/leomedia-marketinq-uzre-koordinator-154416
РЕКЛАМА
Биз cookie файлдарын колдонобуз Аналитика — сиздин макулдугуңуз менен гана; зарыл cookie'лер дайыма күйүк.Купуялык саясаты