
Bakı1
Memar / Junior Memar
Memar / Junior Memar
500 ₼
Текшерилди2 күн мурун
ШаарBakı
Күнү
Көрүүлөр1
Номери№4167823
Сүрөттөмө
İş barədə məlumat:
Memar / Junior Memar
Komandamıza AutoCAD, ArchiCAD və Lumion proqramlarında praktiki işləmə bacarığı olan Memar / Junior Memar axtarırıq.
Namizəd ev layihələrinin eskiz mərhələsindən 3D modelləşdirmə və render prosesinə qədər olan işlərdə iştirak edəcək.
Əsas vəzifə və öhdəliklər:
AutoCAD proqramında ev layihələrinin hazırlanması;
Evlərin eskiz layihələrinin hazırlanması;
ArchiCAD proqramında evlərin 3D formasının hazırlanması;
Lumion proqramında 3D modellərin render edilməsi;
Hazırlanan layihələrin səliqəli və düzgün şəkildə işlənilməsi.
İş qrafiki: Həftədə 5 iş günü, 09:00–18:00.
İş həcmindən asılı olaraq 6-cı iş günü və əlavə bonus imkanı mövcuddur.
Tələblər:
Təhsil : Ali
İş təcrübəsi : 1 ildən aşağı
Yaş : minimum 21
Memarlıq ixtisası üzrə ali təhsil diplomunun olması vacibdir;
AutoCAD, ArchiCAD və Lumion proqramlarında işləmə bacarığı;
0–1 il iş təcrübəsi olan namizədlər də müraciət edə bilərlər;
Proqramlarda praktiki işləmə bacarığı;
Hazırlanmış layihələrdən ibarət portfolio.
Əsas meyar namizədin AutoCAD, ArchiCAD və Lumion proqramlarında praktiki işləmə bacarığıdır.
Müraciət zamanı CV və portfolio təqdim edilməsi xahiş olunur.
Əmək haqqı: 500 AZN
Şirkət: Təmir Azərbaycan MMC
Müraciət: https://ejob.az/is-elani/104604-memar---junior-memar/
Окшош жарнактар














AzəriMed MMC
