Prayk
Memar – Layihələndirmə üzrə mütəxəssis — Vakansiyalar
Келишим боюнча

Memar – Layihələndirmə üzrə mütəxəssis

ТекшерилдиБүгүн
Категория
Бош орундар
Күнү
Көрүүлөр
12
Номери
№5895482

Сүрөттөмө

İş yeri: Bakı Shaurma N1 komandamıza qoşulmaq üçün AutoCAD proqramı üzrə biliklərə, güclü estetik zövqə və məkan planlaşdırılması bacarığına malik Memar – Layihələndirmə üzrə mütəxəssis axtarışındayıq. Vəzifə öhdəlikləri Obyektlərə yerində baxış keçirərək ölçülərin götürülməsi; Götürülmüş ölçülərin əl eskizi və plan üzərində düzgün qeyd edilməsi; Ölçülərin AutoCAD proqramında dəqiq plan və texniki çertyoj formasına salınması; Mövcud obyektlərin planlarının hazırlanaraq layihələndirmə şöbəsinə təqdim edilməsi; Kafe və restoranların real ölçülərinə uyğun layihələndirilməsi; Restoranların funksional planlaşdırılması, mebel və avadanlıqların yerləşiminin işlənilməsi; Layihələr üzrə zəruri düzəlişlərin və yenilənmələrin aparılması; Layihələrin təqdimat və sonrakı icra mərhələsinə hazırlanması. Namizədə dair tələblər Mütləq tələblər: AutoCAD proqramını yaxşı səviyyədə bilmək; Obyektlərdə ölçü götürmək və ölçüləri düzgün şəkildə layihəyə köçürmək bacarığı; Plan və texniki çertyojları oxumaq və hazırlamaq bacarığı; Məkanın funksional və düzgün planlaşdırılması üzrə biliklər; Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək; Microsoft Word və digər ofis proqramları üzrə ümumi biliklər. Üstünlük hesab olunur: SketchUp proqramında işləmək bacarığı; 5D Render proqramlarında işləmək bacarığı; Lumion proqramını bilmək; 3D modelləşdirmə və vizuallaşdırma üzrə ilkin və ya orta səviyyədə təcrübə. Namizəddən gözləntilər Güclü estetik zövq və dizayn düşüncəsi; Rəng seçimi və rənglərin uyğunlaşdırılması qabiliyyəti; Məkanın imkanlarını düzgün qiymətləndirmək bacarığı; Detallara qarşı diqqətli və dəqiq olmaq; Ölçülərdə və texniki çertyojlarda səhvsiz işləməyə həssas yanaşmaq; Verilən tapşırıqları müstəqil araşdırmaq və nəticəyə çatdırmaq bacarığı; Komanda ilə işləmək və layihələr üzrə düzəlişləri operativ tətbiq etmək; Obyektlərə yerində baxış keçirmək və ölçü götürmək üçün səfərlərə hazır olmaq. İş prosesinin əsas mərhələləri Obyektə yerində baxış → Ölçülərin götürülməsi → Əl eskizi → AutoCAD planı → Layihənin hazırlanması və məkanın funksional planlaşdırılması → Konseptin obyektin real ölçülərinə uyğunlaşdırılması → Təqdimat → Düzəlişlər → Yekun layihə Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini və mövcud olduğu halda hazırladıqları layihə portfoliolarını mövzu hissəsində “Memar – Layihələndirmə üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd: AutoCAD proqramı üzrə biliklər əsas və mütləq tələbdir. SketchUp, 5D Render və Lumion proqramlarını bilmək namizəd üçün əlavə üstünlük hesab olunur. Shaurma N1 komandasında karyera imkanına qoşulun! Son müraciət tarixi: 12.12.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/shaurma-n1-memar-layihelendirme-uzre-mutexessis-156011
РЕКЛАМА