Prayk

Metal konstruksiya üzrə mühəndis

1 500 ₼
Текшерилди1 ай мурун
Шаар
Bakı
Күнү
Көрүүлөр
2
Номери
№3155114

Сүрөттөмө

Metal konstruksiya sahəsində fəaliyyət göstərən şirkətimizə Tekla Structures proqramında işləməyi bacaran Metal Konstruksiya üzrə Mühəndis axtarırıq. İş qrafiki: Həftədə 6 iş günü; İş saatları: Həftə içi (I - V günlər): 08:00 - 17:00 Şənbə günü (VI gün): 08:00 - 13:00 (qısaldılmış iş günü) İstirahət günü: Bazar günü; Rəsmiləşdirmə: Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi bağlanılır; Qeyri-iş günləri: Rəsmi dövlət bayramları və ümumdünya hüzn günləri qeyri-iş günüdür (istirahət verilir). Tekla Structures proqramında işləmək bacarığı; Metal konstruksiya istehsalı və montaj prosesləri barədə bilik; Texniki çertyojları oxuma və hazırlama bacarığı; Minimum 1 il müvafiq iş təcrübəsi; Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı; İnkişafa və öyrənməyə açıq olmaq. Metal konstruksiya cizgilərini sərbəst şəkildə oxumaq və təhlil etmək bacarığı; Metal konstruksiya işləri üzrə smetaların (xərc və material tələbatının) tərtib edilməsi və çıxarılması bacarığı; Tekla Structures proqramında metal konstruksiya modellərinin hazırlanması; İşçi çertyojların və istehsalat sənədlərinin hazırlanması; Metal konstruksiya istehsalı proseslərinin izlənilməsi; Zərurət yarandıqda sahədə montaj işlərinə nəzarətin həyata keçirilməsi; Layihə və texniki sənədlərlə işləmək. Əmək haqqı: 1000-1500 AZN
РЕКЛАМА