Mətbəx üçün künc divan, yığcam və minimalist dizaynda təqdim olunur. Model açıq boz rəngdədir və künc quruluşu sayəsində mətbəx və yemək zonasında səmərəli yerləşim yaradır.
Arxa və yan hissələrdə dekorativ kapitone düymə işləməsi istifadə olunub ki, bu da modelə daha zərif görünüş verir. Oturacaq hissələri genişdir, gündəlik istifadə üçün rahat planlanıb. Qara rəngli qısa ayaqlar ümumi dizaynı tamamlayır.
Xüsusiyyətləri:
- Mətbəx üçün künc divan
- Ölçü: 170 x 120 sm
- Rəng seçimi mümkündür
- Mexanizm əlavə oluna bilər
- Açılan mexanizm əlavə 30 AZN
Şəkildə qeyd olunan kod: 2503.