
Bakı21
Monitorinq şöbəsi - aparıcı/baş mütəxəssis

1 400 ₼
Monitorinq şöbəsi - aparıcı/baş mütəxəssis
ТекшерилдиБүгүн
Сүрөттөмө
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 dan–18:00 dək;
Tələblər:
Ali təhsil — maliyyə, iqtisadiyyat, mühasibat uçotu, bank işi və ya əlaqəli ixtisaslar üzrə;
Banklarda kredit təhlili, kredit monitorinqi və ya kredit risklərinin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
Biznes kreditlərinin maliyyə təhlili və monitorinqi üzrə praktiki təcrübə;
Balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti hesabatlarını təhlil etmək bacarığı;
Maliyyə əmsalları, pul axını, borc yükü və ödəmə qabiliyyətinin qiymətləndirilməsi üzrə biliklər;
Girov təminatlarının monitorinqi və qiymətləndirmə hesabatları ilə işləmək bacarığı;
Azərbaycan Respublikasının bank və kredit fəaliyyəti üzrə normativ tələbləri haqqında biliklər;
MS Office, xüsusilə MS Excel proqramında yaxşı işləmək bacarığı;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
Ezamiyyətlərə və müştərilərin fəaliyyət ünvanlarına monitorinq səfərlərinə hazır olmaq;
İşində səliqəlilik, dəqiqlik və görülən işlərin sənədləşdirilməsi
Məsuliyyətlilik, dəqiqlik, operativlik
Üstünlük veriləcək namizədlər
Orta və iri biznes kreditlərinin monitorinqi üzrə təcrübəsi olan;
Kredit anderraytinqi və ya kredit risklərinin qiymətləndirilməsi sahəsində çalışmış;
Vergi hesabatları, bank hesabı çıxarışları və idarəetmə hesabatlarını müqayisəli təhlil edə bilən;
Monitorinq nəticələrinə əsasən erkən xəbərdarlıq indikatorlarını müəyyən etmək təcrübəsi olan;
Kredit dosyelərinin normativ və daxili prosedurlara uyğunluğunu yoxlamaq bacarığı olan namizədlə
Şəxsi avtomobilin və B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
Kredit portfeli üzrə planlı və növbədənkənar monitorinqlərin həyata keçirilməsi;
Borcalanların maliyyə vəziyyətinin, biznes fəaliyyətinin və ödəmə qabiliyyətinin təhlili;
Kredit vəsaitinin təyinatı üzrə istifadəsinin yoxlanılması;
Girov predmetlərinin mövcudluğunun, vəziyyətinin, saxlanma şəraitinin və sığorta təminatının yoxlanılması;
Müştərinin biznes obyektlərinə səfərlərin həyata keçirilməsi və monitorinq aktlarının hazırlanması;
Maliyyə hesabatlarının, hesab dövriyyələrinin, vergi məlumatlarının və digər təsdiqedici sənədlərin təhlili;
Kredit şərtlərinə, müqavilə öhdəliklərinə və maliyyə kovenantlarına əməl olunmasına nəzarət;
Problemli kreditə çevrilmə riski yaradan erkən xəbərdarlıq əlamətlərinin müəyyən edilməsi;
Aşkarlanmış risk və uyğunsuzluqlar barədə əsaslandırılmış rəy və hesabatların hazırlanması;
Müəyyən edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət;
Kredit portfelinin keyfiyyəti və monitorinq nəticələri üzrə dövri hesabatların hazırlanması;
Maaş: 1400-1900 AZN
Yaş: 27-40
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Жарнактын булагы
Түп нуска жарнакты ачуу© Bank Avrasiya ASC boss.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.
Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.
РЕКЛАМА








