Prayk

Mühasib

Келишим боюнча
Текшерилди2 апта мурун
Шаар
Kəlbəcər
Категория
Каржы
Күнү
Көрүүлөр
1
Номери
№3304430

Сүрөттөмө

İş yeri: Kəlbəcər rayonu Vəzifə öhdəlikləri: Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili; Elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi; Tələb olunan mallar üzrə sənədlərin hazırlanması; Gündəlik qaimə və qəbzlərin işlənməsi və ERP sisteminə daxil edilməsi; Anbara daxil olan və anbardan çıxan malların uçotunun aparılması; Logo Tiger proqramı üzrə gündəlik və aylıq hesabatların hazırlanması; Mal-material və xidmətlər üzrə qəbul aktlarının, təhvil-təslim sənədlərinin və digər mühasibat sənədlərinin hazırlanaraq sistemə daxil edilməsi. Namizədə tələblər İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil; Mühasibat sahəsində minimum 1-2 il iş təcrübəsi; İstehsalat müəssisəsində təcrübə üstünlükdür; MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək; Mühasibat proqramları ilə işləmə bacarığı (Logo bilikləri üstünlükdür); Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; Rus və ya ingilis dili bilikləri üstünlükdür; ACCA və ya digər maliyyə sertifikatları üstünlük hesab olunur. Şirkət tərəfindən təmin olunur: Kəlbəcərdə yaşayış yeri Gün ərzində 3 dəfə qidalanma Gəncə və ətraf rayonlardan nəqliyyat xidməti Peşəkar və inkişaf yönümlü iş mühiti Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mühasib” başlığı ilə göndərə bilər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/191931/muhasib
РЕКЛАМА