Mühasib
Mühasib
Келишим боюнча
ТекшерилдиБүгүн
Сүрөттөмө
Bank əməliyyatlarının ERP-mühasibatlıq bazasında işlənməsi;Qaimələrin tərtib edilməsi;Debitor borclarının uçotuna nəzarət edilməsi, üzləşmələrin aparılması və zəruri düzəlişlərin həyata keçirilməsi;Bank hesabları üzrə üzləşdirmələrin (Bank Reconciliation) aparılması üçün təsdiqedici sənədlərin və məlumatların hazırlanması;Kreditor borcları (Accounts Payable – AP) və ödəniş əməliyyatları üzrə məsul əməkdaşa dəstək göstərilməsi, zərurət yarandıqda həmin funksiyaların əvəz edilməsi;Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
Ali təhsil (Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə);MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmə bacarığı (formullar, Pivot Table, VLOOKUP/XLOOKUP); Mikro və ya digər mühasibat uçotu proqramları ilə işləmə bacarığı;ERP sistemləri üzrə biliklərin olması üstünlükdür.PMS, ACCA və digər yerli və beynəlxalq sertifikatların olması üstünlükdür;Müvafiq sahə üzrə 1 ildən 3 ilədək iş təcrübəsi;Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (ingilis və ya rus dili biliyinin olması üstünlükdür);Analitik düşünmə bacarığı;Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət;Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;Müstəqil qərarvermə və təşəbbüskarlıq.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: "ŞAH-96" MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/cti/cti-muhasib-63139989/apply