
1
Mühasib
Mühasib
Келишим боюнча
ТекшерилдиКечээ
Күнү
Көрүүлөр1
Номери№4466818
Сүрөттөмө
Mühasibat və vergi xidmətləri göstərən komandamıza Mühasib axtarırıq.
Vəzifə baş mühasibin rəhbərliyi altında istehsal müəssisələrinin gündəlik mühasibat uçotunun aparılmasını və uçot sisteminin qurulmasında iştirakı əhatə edir.
Əsas vəzifələr:
İlkin mühasibat sənədlərinin yoxlanılması və əməliyyatların uçot proqramına daxil edilməsi;
Bank və kassa əməliyyatlarının uçotunun aparılması;
Alış-satış əməliyyatlarının işlənməsi, elektron qaimələrin hazırlanması və yoxlanılması;
Debitor və kreditor borclarının uçotu, qarşı tərəflərlə üzləşmələrin aparılması;
Xammal, material və hazır məhsulların giriş-çıxış əməliyyatlarının uçotu;
İstehsal xərclərinin uçotunda və maya dəyəri hesablamaları üçün məlumatların hazırlanmasında iştirak;
Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanması;
Baş mühasibin nəzarəti altında vergi, statistika və digər məcburi hesabatların hazırlanması;
Ayın bağlanması üçün hesablar üzrə üzləşmələrin aparılması və məlumatların hazırlanması;
İlkin qalıqların müəyyənləşdirilməsi, əvvəlki dövrlərin uçotunun bərpası və ERP sisteminin tətbiqi işlərində iştirak;
Mühasib köməkçisi və müəssisələrin əməkdaşları ilə sənəd dövriyyəsinin koordinasiyası.
Namizədə tələblər:
Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali və ya orta ixtisas təhsili;
Mühasib kimi ən azı 2 il iş təcrübəsi;
Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə praktiki biliklər;
1C və ya digər mühasibat proqramlarında işləmək bacarığı;
Excel-dən sərbəst istifadə etmək;
Elektron vergi portalı və internet bankçılıq sistemlərində işləmək bacarığı;
Sənədlərlə diqqətli işləmək, tapşırıqları vaxtında yerinə yetirmək və komandada çalışmaq bacarığı.
İstehsalat və anbar uçotu üzrə təcrübə üstünlükdür.
İş şəraiti:
Aylıq əməkhaqqı: razılaşma yolu ilə;
Tam iş günü;
Baş mühasibin rəhbərliyi altında, mühasib köməkçisi ilə birlikdə iş;
İş yeri: “Acon Tax and Accounting” MMC, Bakı şəhəri, 8 noyabr prospekti, Azure Business Center
İş qrafiki: həftənin 5 günü, saat: 09:00 - 17:30
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 12.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/acon-tax-and-accounting-mmc-muhasib-153575
РЕКЛАМА












