Prayk
Mühasib — Maliyyə, Bakı
Келишим боюнча

Mühasib

ТекшерилдиБүгүн
Шаар
Bakı
Категория
Каржы
Күнү
Көрүүлөр
2
Номери
№4895856

Сүрөттөмө

1. Təchizatçılardan daxil olan elektron qaimələrin (e-qaimələrin) yoxlanılması və mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;2. E-qaimələr üzrə ilkin sənədlərin (təvil-təslim aktları, hesab-fakturalar və digər təsdiqedici sənədlər) yoxlanılması;3. Təchizatçılarla üzləşmə aktlarının hazırlanması, qarşılıqlı hesablaşmaların yoxlanılması və fərqlərin araşdırılması;4. Təchizatçılar üzrə kreditor borclarının izlənilməsi, qalıqların yoxlanılması və müvafiq hesabatların hazırlanması;5. Daxil olan sənədlərdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti şəxslərlə əlaqələndirmənin aparılması;6. Mühasibat uçotu sisteminə (1C) məlumatların düzgün və vaxtında daxil edilməsi, sənədlərin elektron və fiziki arxivləşdirilməsinin təmin edilməsi;7. Təchizatçılar üzrə kreditor borclarının yaşlandırma hesabatının (Accounts Payable Aging) hazırlanması, vaxtı keçmiş borcların müəyyən edilməsi və aidiyyəti şəxslərə məlumat verilməsi;8. Təchizatçılara ödənişlərin həyata keçirilməsi üçün tələb olunan sənədlərin və məlumatların hazırlanması, ödənişlərin təsdiq edilmiş müqavilə və sifariş şərtlərinə uyğunluğunun yoxlanılmasına dəstək göstərilməsi;9. Kreditor borcları üzrə aylıq bağlanış prosesində iştirak edilməsi, hesab qalıqlarının yoxlanılması və maliyyə hesabatlarının hazırlanması üçün zəruri məlumatların təqdim edilməsi. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Gənc mütəxəssis Şirkət: Grand-Agro MMC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/grandagro/grandagro-muhasib-14473087/apply
РЕКЛАМА