Prayk

Mühasib

2 000 ₼
Текшерилди2 күн мурун
ШаарBakı
КатегорияКаржы

№6348361·Көрүүлөр: 11

Сүрөттөмө

Vəzifə öhdəlikləri Mühasibat və vergi uçotu Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun qanunvericiliyə uyğun aparılması; Vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi və digər müvafiq hesabatlar) hazırlanması və elektron qaydada təqdim edilməsi; DSMF, işsizlikdən sığorta, icbari tibbi sığorta və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi; Vergi öhdəliklərinin, vergi borclarının və ödəniş müddətlərinin izlənilməsi; Elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturalarının, təhvil-təslim aktlarının və digər ilkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması; Bank əməliyyatlarının, kassa və pul vəsaitlərinin hərəkətinin uçotunun aparılması; Əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər əmək ödənişlərinin hesablanması; ƏMAS sistemində müvafiq əməliyyatların aparılması. Tikinti layihələri üzrə mühasibat uçotu Hər bir tikinti obyekti və layihə üzrə gəlir və xərclərin ayrıca uçotunun aparılması; Tikinti materiallarının, avadanlıqların və digər mal-material ehtiyatlarının mədaxil və məxaricinə nəzarət edilməsi; Obyektlər üzrə material sərfiyyatının və faktiki xərclərin uçotunun aparılması; Podratçı və subpodratçı təşkilatlarla hesablaşmaların, müqavilə öhdəliklərinin və ödənişlərin izlənilməsi; Görülmüş işlər üzrə təhvil-təslim aktlarının, hesablaşma sənədlərinin və elektron qaimələrin yoxlanılması; Təchizatçılar və podratçılar üzrə debitor və kreditor borclarının uçotunun aparılması; Anbar qalıqlarının uçot məlumatları ilə üzləşdirilməsi və inventarizasiya prosesində iştirak; Tikinti layihələri üzrə büdcə xərcləri ilə faktiki xərclərin müqayisəsinin aparılması. Daxili maliyyə hesabatlılığı Rəhbərlik üçün gündəlik, aylıq və rüblük maliyyə hesabatlarının hazırlanması; Şirkətin gəlir və xərcləri, pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti barədə hesabatların təqdim edilməsi; Hər bir tikinti obyekti üzrə çəkilmiş xərclərin, əldə edilmiş gəlirlərin və mənfəətliliyin hesablanması; Planlaşdırılmış və faktiki xərclərin müqayisəli təhlilinin aparılması; Obyektlər üzrə material, əməkhaqqı, texnika, nəqliyyat və digər xərclərin sistemləşdirilməsi; Rəhbərliyin qərar qəbul etməsi üçün tələb olunan maliyyə məlumatlarının hazırlanması; Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, sistemləşdirilməsi və arxivləşdirilməsi. Namizədə dair tələblər Maliyyə, Mühasibat uçotu və audit və ya İqtisadiyyat ixtisasları üzrə ali təhsil; Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi; Tikinti sektorunda mühasib kimi iş təcrübəsinin olması; Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotu ilə bağlı qanunvericiliyi yaxşı bilmək; Vergi və digər məcburi dövlət hesabatlarını müstəqil hazırlamaq və təqdim etmək bacarığı; Tikinti sahəsində layihə və obyektlər üzrə gəlir-xərc uçotunun aparılması üzrə praktiki biliklər; Podratçı və subpodratçılarla hesablaşmaların, mal-material uçotunun və ilkin sənədləşmənin aparılması üzrə təcrübə; 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı; MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı*; Elektron vergi kabineti, ƏMAS və digər müvafiq elektron sistemlərdə işləmək bacarığı; Analitik düşünmə, dəqiqlik, məsuliyyətlilik və işlərin vaxtında icrası bacarığı; Müstəqil işləmək və rəhbərliyə mütəmadi hesabat təqdim etmək bacarığı. Əlavə üstünlüklər Tikinti şirkətlərində tam mühasibat uçotunun aparılması təcrübəsi; Bir neçə tikinti layihəsi üzrə paralel maliyyə uçotunun aparılması təcrübəsi; Smeta, iş həcmləri, Forma 2 və Forma 3 sənədləri ilə işləmək barədə biliklər; PMS sertifikatının olması; Maliyyə hesabatlarının təhlili və vergi risklərinin müəyyən edilməsi bacarığı. İş şəraiti İş yeri: Bakı şəhəri; İş rejimi: Tam iş günü; İş qrafiki: Həftədə 5 iş günü; Əməkhaqqı: 2000 Azn; Əmək müqaviləsi rəsmi qaydada bağlanılır. Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Mühasib” qeyd olunmalıdır. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208560/muhasib
РЕКЛАМА