Prayk

Ofis meneceri

Келишим боюнча
Текшерилди1 ай мурун
Категория
HR, кадрлар
Күнү
Көрүүлөр
1
Номери
№1972609

Сүрөттөмө

Vəzifə öhdəlikləri Şirkətə daxil olan telefon zənglərinin, WhatsApp mesajlarının və digər müraciətlərin cavablandırılması; Müştərilərə şirkətin təmizlik xidmətləri haqqında ilkin məlumatın verilməsi; Müştəri sifarişlərinin qəbul edilməsi və qeydiyyatının aparılması; Sifarişlərin tarix və saat üzrə düzgün planlaşdırılması; Müştəri ilə təmizlik komandası arasında operativ koordinasiyanın təmin edilməsi; Gün ərzində həyata keçiriləcək sifarişlərin izlənilməsi; Görülmüş işlər və sifarişlər üzrə gündəlik məlumatların qeydiyyatının aparılması; Müştərilərdən daxil olan sual, rəy və müraciətlərin operativ şəkildə cavablandırılması və aidiyyəti üzrə yönləndirilməsi; Müqavilə, təklif, hesab və digər zəruri sənədlərin hazırlanmasına dəstək göstərilməsi; Şirkətin elektron poçtuna daxil olan məktubların izlənilməsi və cavablandırılması; Ofis sənədlərinin sistemli şəkildə saxlanılması və arxivləşdirilməsi; Təmizlik vasitələri və digər zəruri materialların mövcudluğunun izlənilməsi, ehtiyac yarandıqda məlumat verilməsi; Ofisin gündəlik inzibati işlərinin təşkili; Rəhbərlik tərəfindən verilən inzibati tapşırıqların vaxtında və dəqiq icra edilməsi. Namizədə tələblər Ali və ya orta ixtisas təhsili; Ofis meneceri, administrator, koordinator və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi üstünlükdür; Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı; MS Office proqramlarında, xüsusilə Word və Excel proqramlarında işləmə bacarığı; WhatsApp, e-mail və digər kommunikasiya vasitələri ilə sərbəst işləmək bacarığı; Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı; Eyni anda bir neçə sifariş və prosesi idarə edə bilmək; Yüksək təşkilatçılıq və koordinasiya bacarığı; Operativlik, məsuliyyətlilik və detallara diqqət; Stressli və intensiv iş şəraitində düzgün prioritetləşdirmə bacarığı; Komandada işləmək və yaranan problemlərə çevik həll tapmaq bacarığı. İş şəraiti İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Qanlıgöl ərazisi İş qrafiki: Həftədə 6 iş günü İstirahət günü: Həftə içi. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 11.10.2026 Müraciət: https://jobsearch.az/vacancies/prime-home-ofis-meneceri-150969

Окшош жарнактар