
Bakı1
Planlama mühəndisi
Planlama mühəndisi
1 500 ₼
ТекшерилдиБүгүн
ШаарBakı
Күнү
Көрүүлөр1
Номери№5876858
Сүрөттөмө
Vəzifə və məsuliyyətlər
Layihənin icra qrafikinin hazırlanması, izlənməsi və yenilənməsi, plandan kənarlaşmaların vaxtında aşkarlanaraq idarəetməyə çatdırılması.
Layihə Rəhbəri, Sahə Rəisi və mühəndislərlə birlikdə layihənin baza qrafikini (baseline schedule) hazırlamaq və birbaşa rəhbərinin təsdiqinə təqdim etmək
Satınalma, layihələndirmə və işçi çertyojların (shop drawings) təqdimat qrafiklərini ümumi layihə qrafikinə inteqrasiya etmək
Subpodratçıların qrafiklərini yoxlamaq və layihə qrafiki ilə uzlaşdırmaq
Sahədən və subpodratçılardan irəliləyiş məlumatlarını toplamaq, yoxlamaq və qrafikə daxil etmək
Qrafiki müəyyən olunmuş dövrlərlə yeniləmək və yeniləməni birbaşa rəhbərinə təqdim etmək
Faktiki icra ilə baza qrafik arasındakı kənarlaşmaları qeydə almaq və təhlil etmək
Kritik yolu, ehtiyat vaxtı və əsas mərhələləri izləmək
Gecikmə risklərini Layihə Rəhbərinə vaxtında bildirmək
Bərpa planlarının hazırlanmasında iştirak etmək
Dəyişikliklərin və gecikmələrin qrafikə təsirinin qiymətləndirilməsi üçün məlumat hazırlamaq
Sahə Rəisi ilə birlikdə qısamüddətli (2-4 həftəlik) və həftəlik iş planları hazırlamaq
Həftəlik status hesabatı üçün qrafik məlumatlarını hazırlamaq
Aylıq planlama hesabatı hazırlamaq
Qazanılmış dəyər hesablamaları üçün irəliləyiş məlumatlarını birbaşa rəhbərinə təqdim etmək
Vəzifəyə olan tələblər:
Ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli ixtisas)
Planlama sahəsində minimum 2 il iş təcrübəsi
1C proqramında sərbəst işləmək bacarığı
Azərbaycan dilində sərbəst, ingilis dilində işlək səviyyədə ünsiyyət
Autocad proqramında işləmək bacarığı
Üstünlük: Planlama üzrə peşəkar sertifikat (PSP və ya ekvivalenti)
İş Şəraiti:
İş qrafiki: 6 gün
İş yeri: Nəsimi r.
Əmək haqqı: 1500-2500 manat (namizədin bilik və bacarıqlarına uyğun təyin olunacaq)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/205349/planlama-muhendisi
РЕКЛАМА




