
Bakı5
PR və Kommunikasiya üzrə Menecer

Келишим боюнча
PR və Kommunikasiya üzrə Menecer
Түп нускаБүгүн
ШаарBakı
Күнү
Көрүүлөр5
Номери№6033545
Сүрөттөмө
Şirkətin ictimai imicinin formalaşdırılması, brend reputasiyasının gücləndirilməsi və effektiv kommunikasiya strategiyalarının hazırlanması istiqamətində çalışacaq yaradıcı və strateji düşüncəyə malik PR və Kommunikasiya üzrə Menecer axtarırıq.
Namizəd ictimaiyyətlə əlaqələr, media münasibətləri, korporativ kommunikasiya və kontent strategiyası sahələrində təcrübəyə malik olmalı, biznes məqsədlərini effektiv kommunikasiya təşəbbüslərinə çevirməyi bacarmalıdır.
Əsas vəzifə öhdəlikləriPR və korporativ kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi;Media nümayəndələri, jurnalistlər, influenserlər və digər tərəfdaşlarla əlaqələrin qurulması və idarə edilməsi;Press-relizlərin, müsahibələrin, rəsmi açıqlamaların və digər kommunikasiya materiallarının hazırlanması;PR kampaniyalarının, media tədbirlərinin və ictimaiyyətlə əlaqələr layihələrinin təşkili;Brendin kommunikasiya üslubunun və mesajlarının vahid standartlara uyğun formalaşdırılması;Media məkanında şirkət haqqında məlumatların və ictimai rəyin monitorinqinin aparılması;Reputasiya risklərinin müəyyən edilməsi və böhran kommunikasiyasının idarə olunmasına dəstək;Daxili və xarici kommunikasiya proseslərinin koordinasiyası;Kommunikasiya fəaliyyətlərinin nəticələrinin təhlili və müvafiq hesabatların hazırlanması;Sektor üzrə yeniliklərin və kommunikasiya trendlərinin izlənilməsi.
Tələblər:
Tələblər
Ali təhsil;Media ilə əlaqələrin qurulması və kommunikasiya materiallarının hazırlanması üzrə təcrübə;Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları;Güclü mətn yazarlığı, redaktə və təqdimat bacarıqları;Brend reputasiyası və böhran kommunikasiyası prinsipləri üzrə biliklər;Eyni zamanda bir neçə layihəni idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı;Azərbaycan, rus dilləri mükəmməl, ingilsi dili minimum B2 səviyyəsi. Strateji düşüncə, yaradıcılıq və komanda ilə işləmək bacarığı.
Təklif edirik
Bilik və təcrübəyə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;Dinamik və əməkdaşlığa əsaslanan iş mühiti;Kommunikasiya strategiyalarının formalaşdırılmasında iştirak imkanı;Maraqlı layihələrdə iştirak və peşəkar bacarıqların inkişafı.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Rəhbər
Şirkət: HeadStart
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/headstart/headstart-pr-ve-kommunikasiya-uzre-menecer-91758970/apply
РЕКЛАМА










