
Bakı9
Product Owner / Project Manager (HRMpro)
Product Owner / Project Manager (HRMpro)
Келишим боюнча
Текшерилди1 апта мурун
ШаарBakı
Күнү
Көрүүлөр9
Номери№4600299
Сүрөттөмө
Məhsulun idarə edilməsi (Product Owner)
HRMpro üzrə məhsul vizyonunu və yol xəritəsini (roadmap) hazırlamaq, rəhbərliklə razılaşdırmaq və mütəmadi yeniləmək;
Product Backlog-u idarə etmək: tələbləri dəyər, səy və risk baxımından prioritetləşdirmək, sprint planlamasında iştirak etmək;
Müştərilərdən, daxili komandalardan və tətbiq layihələrindən gələn tələbləri toplamaq, təhlil etmək və mövcud funksionallıqla tutuşdurmaq; təkrarlanan və artıq mövcud olan istəkləri ayırmaq, müxtəlif müştərilərin oxşar istəklərini vahid həllə yönəltmək;
Kadr uçotu, əmək müqavilələri və əmrlər, əmək haqqının hesablanması, məzuniyyətlər, iş vaxtının uçotu (tabel, növbə) və digər HRM prosesləri üzrə biznes proseslərini təhlil etmək, modelləşdirmək və optimallaşdırmaq;
Tələbləri User Story, qəbul meyarları (Acceptance Criteria) və funksional spesifikasiya şəklində sənədləşdirmək;
Əmək və vergi qanunvericiliyindəki, sosial sığorta və hesabat qaydalarındakı dəyişiklikləri izləmək, onların məhsula təsirini qiymətləndirmək və vaxtında tətbiqini təmin etmək;
Hazırlanmış funksionallığı qəbul meyarlarına görə yoxlamaq, qəbul etmək və ya geri qaytarmaq; buraxılış (release) qeydlərini və istifadəçi təlimatlarının yenilənməsini təşkil etmək.
Layihələrin idarə edilməsi (Project Manager)
HRMpro-nun müştərilərdə tətbiqi və inkişaf layihələri üçün layihə planını hazırlamaq: həcm, mərhələlər, müddətlər, resurslar və büdcə;
Müştəri ilə texniki tapşırığı, layihə həcmini və təhvil şərtlərini razılaşdırmaq; həcm dəyişikliklərini qiymətləndirmək və rəsmiləşdirmək;
Biznes analitiklər, proqramçılar və test komandası arasında işləri bölüşdürmək, gedişatı izləmək və gecikmələrin qarşısını vaxtında almaq;
Layihə risklərini və asılılıqlarını müəyyənləşdirmək, onlar üzrə tədbir planı hazırlamaq;
Məlumatların köçürülməsini (miqrasiya), sistemin quraşdırılmasını, istifadəçilərin təlimini və canlı istifadəyə keçidi təşkil etmək;
Rəhbərliyə və müştəriyə müntəzəm status hesabatı vermək, layihə görüşlərini aparmaq və protokollaşdırmaq;
Mərhələlərin təhvil-qəbul sənədlərini hazırlamaq, layihəni bağlamaq və nəticələri təhlil etmək.
Tələblər
Product Owner, layihə rəhbəri, biznes analitik və ya oxşar vəzifədə ən azı 4 il iş təcrübəsi; bunun ən azı 2 ili proqram təminatı layihələrinin idarə edilməsi üzrə olmalıdır;
HRM və ya əmək haqqı proqram təminatının hazırlanması və ya tətbiqi üzrə təcrübə;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək münasibətlərini tənzimləyən normativ-hüquqi aktları dərindən bilmək;
Əmək haqqının, məzuniyyət haqqının, son haqq-hesabın, vergi və sosial sığorta ayırmalarının hesablanması üzrə praktiki təcrübə;
Kadr uçotu, əmək müqavilələri, iş vaxtının uçotu və məzuniyyətlərin idarə edilməsi proseslərini dərindən anlamaq;
Biznes ehtiyaclarını toplamaq və funksional tələblərə çevirmək; User Story və qəbul meyarları yazmaq təcrübəsi;
Agile/Scrum və ənənəvi (mərhələli) layihə idarəetmə yanaşmalarını bilmək və tətbiq etmək;
Layihənin planlaşdırılması, müddət, büdcə və risklərin idarə edilməsi təcrübəsi; MS Project və ya oxşar planlama alətləri ilə işləmək;
Jira və ya oxşar tapşırıq idarəetmə alətləri ilə işləmək bacarığı;
Məlumatı yoxlamaq üçün SQL-də sadə sorğular yaza bilmək;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, rus və ya ingilis dilini işgüzar səviyyədə bilmək;
Liderlik, qərar vermə və prioritetləşdirmə bacarığı, müştəri ilə danışıqlar aparmaq və komandanı ortaq nəticəyə yönəltmək.
Üstünlük sayılır
Kadr və ya əmək haqqı şöbəsində işləmiş olmaq;
Dövlət və ya büdcə təşkilatlarında HRM və ya ERP sistemlərinin tətbiqinə rəhbərlik etmək;
Layihə idarəetməsi sertifikatı (PMP, PRINCE2, IPMA və s.) və ya Product Owner sertifikatı (PSPO, CSPO və s.);
BPMN ilə proses modelləşdirmə, prototip və maket alətləri (Figma və s.) ilə işləmək təcrübəsi.
Biz nə təklif edirik?
Bilik və təcrübəyə uyğun rəqabətqabiliyyətli əmək haqqı;
5 günlük iş həftəsi (09:00–18:00);
Ölkədə istifadə olunan HRM məhsulunun inkişaf istiqamətini və onun tətbiq layihələrini idarə etmək imkanı;
Peşəkar inkişaf və karyera yüksəlişi;
Təcrübəli analitik, proqramçı və test komandası ilə əməkdaşlıq.
CV-nizi mövzu sətrində “Product Owner / Project Manager (HRMpro)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Yalnız müsahibəyə dəvət olunan namizədlərlə əlaqə saxlanılacaq.
HRM proseslərini rəqəmsal həllərə çevirən komandaya qoşulun!
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198553/product-owner-project-manager-hrmpro
РЕКЛАМА





